Cəmiyyət

Taksometrlə işləyən taksilərdə gediş haqqı süni şəkildə şişirdilir - VİDEO

15 İyun 2017 20:14
2 Şərh     Baxış: 886

Vətəndaşlar taksometrli taksilərin xidmətinin süni yolla bahalaşdırılmasından gileylənirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xüsusilə də "London taksilər"i kimi tanınan TX4 markalı avtomobillərdə sürücülərin taksometrin artıq yazması üçün müxtəlif yollara əl atdıqlarını deyirlər.
İddialarla razılaşmayan sürücülər isə avtomobili uzaq məsafədən sürməyin ağlasığmaz olduğunu, deyilənlərin həqiqətə əsaslanmadığını bildirirlər.
Avtomobili yavaş idarə etməyin isə deyilənlərin əksinə onlara əlavə qazanc gətirmədiyini bildirirlər.
Sürücülər sərnişinlərə qiymətə yox, kilometrə baxmağı tövsiyyə edirlər. "Bakı Taksi Xidməti" MMC tərəfindən bütün "London taksiləri"nin içərisinə sərnişindaşıma tarifləri yazılıb. Xidmət, 3 km-ə qədər 3 manatdan başlayır. Məsafə artıqca taksometr qiyməti aşağı tariflə hesablayır. 3 km-dən 10 km-ə qədər 70 qəpik, 10-dən artıq olduqda isə 40 qəpiklə hesablanır. Bura taksometrdən silinməyən 1 manat daxil deyil. Yəni o xidmət haqqı olaraq əlavə hesablanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Taksometrlə işləyən taksilərdə gediş haqqı süni şəkildə şişirdilir

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    bakili · 15 İyun 21:3710

    Kecen defe london taksisine mindim azadliqdan eylewdim memar ecemiye gelirdim. Baxiramki surucu taksometri qowmayib deyirem yoldaw surucu taksometr iwlemirki ?qayidib deyirki aydaaa bagiwlayine yadimdan cixib taksometri iwe salmaq. Srazu bawa duwdumki artistlik edir qesden ele edirki duwende mene cox pul oxusun. Guya camaat uwaq zaddi bunlar icin

    Cavab yaz
  • Anonim
    Taksi · 15 İyun 23:1600

    Omur boyu biz care tapirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.