Cəmiyyət

Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsi qonşularını gözləyir - VİDEO

15 İyun 2017 20:02
1 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 ildir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan və birinci dərəcəli "Əmək" ordeni ilə təltif edilən Oqtay Həziyev. O, sevincini "Xəzər Xəbər"lə bölüşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1994 -cü ildə ordumuz işgalda olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad edib. Bir neçə ay müddətində ermənilərin nəzarətində olan kənd virana qoyulub, xarabalıga çevrilib. Orada yaşayan 280-dən çox ailədən yalnız Oqtay Həziyevin ailəsi bütün bunlara baxmayaraq kəndə qayıdıb.
23 ildir kənddə yaşayan Oqtay Həziyev deyir ki, təhlükəli və çətin olmasına baxmayaraq, o, təsərrüfat işləri ilə məşgul olub, həyatına davam edib. Onun vətəninə və doğuldugu torpagına bağlılığı nümunə oldu. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hislərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli ''Əmək'' ordeni ilə təltif edildi.
Aprel döyüşlərindən onra Cocuq Mərcanlı erməni nəzarətindən qurtuldu və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kəndin bərpasına başlanıldı. Bu bərpa işləri ən çox Həziyevlər ailəsini sevindirdı. Çünki 23 ildir yaşadıqları tənhalığa son qoyulacaq, onlar da qohum -əqrabaları ilə birgə yaşayacaqlar.
Kəndin bütün sosial infrastrukturu da hazırdır. Sakinlərin qayıdışından sonra bura artıq daha abad bir kənd olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Cocuq Mərcanlıda yaşayan Həziyevlər ailəsi qonşularını gözləyir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.