Cəmiyyət

“Poçtap”a 350 sənəd təhvil verilib - VİDEO

15 İyun 2017 19:57
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Poçtap" vasitəsi ilə tapılan 92 sənəd sahibinə təhvil verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ilin fevral ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Poçtap" xidmətini istifadəyə verib. "Azərpoçt" MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Tapılan sənədlər arasında şəxsiyyət vəsiqələri üstünlük təşkil edir.
Hazırda poçt şöbələrində sahibini gözləyən sənədlər də var.
"Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi təhvil ala bilərlər. İstənilən şəxs poçt şöbələrinə yaxınlaşaraq, eləcə də 169 çağrı mərkəzi vasitəsilə, həmçinin pochtap.az saytında "Sənəd axtar" bölməsinə daxil olaraq itirdiyi sənədin tapılıb-tapılmaması barədə məlumat ala bilər. Tapılmadığı təqdirdə internet səhifəsində itirilmiş sənəd barədə elan yerləşdirmək də mümkündür.
Sahibi tapılmayan sənədlər isə müddət bitdikdən sonra aiddiyyəti orqana təqdim edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
"Poçtap"a 350 sənəd təhvil verilib - 92 sənəd sahibinə təqdim olunub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.