Cəmiyyət

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

15 İyun 2017 20:40
10 Şərh     Baxış: 2 530

Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz." (əl-Maidə, 6). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Allah dərgahında qəbul olunan qüsl iki növdür:
Vacib qüsl. "Bismilləəh" deyib ağız və burunu yaxalamaq, başı və bütün bədəni su ilə yumaq. Bununla da insan boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləəh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Muslim, 716).
Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir.
Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.
Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5100

    Qüslün şərtləri

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5200

    Qüsl almadan əvvəl ayaqyoluna getməli.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5200

    Üzük, sırğa və bilərzik varsa, çıxarılmalı.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5200

    Qüsl alınacaq yerə girərək beldən aşağı nahiyəni örtməli.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5200

    Sünnət və məhrəm yerləri təmizləməli.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 20:5300

    QEYD:

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 21:0000

    Qüsl alan zaman dişlərin arasında yemək qırıntıları qalmamalıdır. Qüsldən sonra dişlərin arasında yemək qırıntısı qaldığını bilsən, dərhal təmizlə və ağzını yaxala.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 21:0100

    Qüsl zamanı suyu israf etmə.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 İyun 21:0100

    Qüsl etmək üçün su yoxdursa, təyəmmüm edilir. Bütün bədəni suda islatmaq şərti ilə dənizə girib-çıxmaq da qüsl sayılır. Lakin bu zaman ağzına və burnuna su almağı unutma.

    Cavab yaz
  • Anonim
    619 · 15 İyun 23:1940

    güsul destamaz deyil e paltarnan alasan. gûsl etdikde bawdan awagi su tokulmelidi,o ne demekdi belden awagi geyinmek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.