Cəmiyyət

Oruc tutmaq xərçəngə səbəb olan geni bağlayır

17 İyun 2017 19:45
Baxış: 3 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng yayılır, qidalanma, şəhərlə əlaqədar həyat rejimi və bu kimi məsələlər xəstəliyə birbaşa təsir göstərir.

Biz 40% heyvan əsaslı, 10% də tərəvəz və meyvələrdən olan qida qəbul edirik. Halbuki tam əksi olmalıdır. Tərəvəz, meyvə, paxlalılar ön planda olduğu bir qidalanma rejiminə keçilməlidir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qaraciyər, mədə, öd kisəsi kimi daxili orqanların dincəlməsi üçün zaman-zaman ac qalmaq lazımdır. Aclıq, bədənin öz yağlarını yandırma rejiminə keçməsini təmin edir.
Aclıqda bədən bərpa rejiminə keçir. İnsulin səviyyələri azalır. Normalda 20-30 yaşlarında olan böyümə hormonu ifraz olunur. Yaşlanma genləri bağlanır, gənclik genləri fəal olmağa başlayır.
Orucun, genləri tamamilə müsbət istiqamətdə dəyişdiyi məlumdur. Oruc, siqaret və alkoqol kimi zərərli amillərdən uzaq durmaq, iftar və obaşdanı arasında balanslı və kafi qidalanmaq, bədəndə bərpa və gənclik genlərinin aktiv hala keçməsinə, qocalmağa nəzarət edən yaşlılıq genlərinin bağlanmasına yol açır. Orucla birlikdə 500-ə qədər xərçəngə səbəb olan genin bağlandığı araşdırmalarla sübut olunmuşdur. Bir tərəfdən, bədəndəki yağların yandırılmasına səbəb olmaqla yanaşı, digər tərəfdən orqanizmdə köhnəlmiş, qocalmış, zədələnmiş hüceyrələrin həzm edilməsinə yol açır, bu hüceyrələrin yerinə sağlam və cavan hüceyrələrin gəlməsinə kömək edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.