Cəmiyyət

Əhli-kitabın kəsdiyi heyvanın ətini yemək olarmı?

17 İyun 2017 19:15
4 Şərh     Baxış: 792

Bu məsələdə məzhəblər arasında fikir ayrılığı vardır. Sünni məzhəbində geniş yayılmış hökmə görə, əhli-kitabın hazırladığı bütün yeməklər halal sayıldığı kimi, kəsdiyi heyvanın əti də halaldır - hətta tanrının adına kəsilməsi niyyət edilməsə və ya bu niyyət yaddan çıxsa belə. Ən azından, belə bir şübhə yaransa, əti yeyən adamın özü "bismillah" deyib yeyə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, şiə məzhəbində uzun müddət hakim olmuş hökmə görə, əhli-kitabın nəm halda əli dəyən hər bir yemək murdar sayılırdı. Lakin son zamanın müctəhidlərinin əksəriyyəti əhli-kitabı pak sayaraq, onun toxunduğu şeyləri də pak bilirlər. Bununla belə, bu şərt əhli-kitabın kəsdiyi heyvanlara şamil deyil. Yəni əhli-kitabın kəsdiyi heyvan şiə alimlərinin əksəriyyətinin fikrincə yeyilə bilməz (bəzi müctəhidlər bu barədə qəti fətva verməmiş və hətta əhli-kitab heyvan kəsərkən "bismillah" desə belə, yenə ehtiyata əməl etməyi və o əti yeməməyi buyurmuşlar).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Jur · 17 İyun 19:37035

    Gic müsəlman

    Cavab yaz
    • Anonim
      19:37e · 17 İyun 22:2820

      Sen nesen?

      Cavab yaz
  • Anonim
    $$$$$ · 17 İyun 21:2300

    Basa dusmedim aydin izah edin

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 18 İyun 03:1400

    Bu doğurdan da mənim problemimdir.Marketdə toyuq və toyuq məmulatları, həmçinin qeyri-donuz məmulatlarını bilmirsən alasan ya yox.Adam istməir ki,haram olan nəsə yesin.Qalırsan sualda....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.