Cəmiyyət

Niyə İmam Rzaya “qərib” deyirlər?

17 İyun 2017 08:55
96 Şərh     Baxış: 2 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmamlardan yeddisi öz vətənindən (Mədinədən) kənarda dəfn edilib: İmam Əli, İmam Hüseyn, İmam Kazim, İmam Rza, İmam Təqi, İmam Nəqi və İmam Əsgəri (ə). İmam Rzadan (ə) başqa yuxarıda adı çəkilən imamların bir neçəsi haqqında da dini kitablarda və ziyarətnamələrdə "qərib" kəlməsi işlədilib. Amma bu imamlar heç olmasa ərəb məmləkətlərində dəfn ediliblər.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni İraqın Nəcəf, Kərbəla, Bağdad və Samirra şəhərləri İslamdan sonra salınıb və onların əhalisi Ərəbistandan köçmüş qəbilələrdən ibarətdir. Amma İmam Rza (ə) Xorasan vilayətinə zorla aparılıb və ömrünün son illərini burada keçirməyə məcbur olub. Xorasanda xeyli gəlmə ərəb qəbiləsi olsa da, buranın yerli əhalisi fars mənşəli idi və ərəb deyildi. Bəlkə də bu üzdən İmam Rza (ə) xüsusi olaraq "qərib" ləqəbi ilə məşhurdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.