Cəmiyyət

Niyə Həzrət İsa Peyğəmbərə “ruhullah” deyirlər?

17 İyun 2017 08:45
10 Şərh     Baxış: 2 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bunun əsas mənbəyi Qurani-kərim ayəsidir: "Həqiqətən, Məryəm oğlu İsa Mə­sih Allahın peyğəmbəri, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur" (Nisa, 171).

Milli.Az islam.az-a istinadən bildirir ki, əslində, bütün insanların ruhu Allahdan­dır. Qurani-kərimdə Allahın ilk insan olan Həzrət Adəmə (ə) ruh üfürməsindən danışı­lır (Səcdə, 7-9; Hicr, 28-29). "Allah öz ru­hundan ona üfürdü" deyilərkən, heç də hə­min ruh Allahın tərkib hissəsi kimi təsəvvür edilmir. Allah bütün yaratdıqları kimi ruhu da özünə aid edir, "bəndəm" buyurduğu kimi, "ruhum" buyurur. Buradakı "ruhum" sözündən məqsəd "mənim yaratdığım və mənə tabe olan ruh" deməkdir. İsa Peyğəmbər (ə) də sair insanlar kimi Allahın Ona bəxş etdiyi ruh əsasında yaranmışdır. Cəbrail (ə) Allahın əmri ilə Məryəmə İsanın (ə) ruhunu üfləmiş, bunun nəticəsində Məryəm hamilə qalmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.