Cəmiyyət

Qədr gecəsi kimin üçündür?

15 İyun 2017 23:40
14 Şərh     Baxış: 3 018

Qədr gecəsi elə bir məqama malikdir ki, Quranın söylədiyi kimi dərk ediləsi deyildir. Əgər hər kimsə bu cür əzəmətli bir gecəni dərk edə bilirsə, deməli vəhylə əlaqəsi vardır.

Kuleyni Həsən ibni Abbasdan və o, da Rəsullahdan (s) nəql edir ki, Həzrət səhabələrinə buyurmuşdu: "Qədr gecəsinə imanınız olsun. Çünki bu gecə Əli ibni Əbitalub ilə 11 övladının gecəsidir".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu əzəmətli bir gecəni Peyğəmbər (s) və İmam Əli (ə) çox gözəl dərk edirdi. Ona görə də Əmirəl-möminin (ə) kəlamlarında Qədr gecəsi haqqında deyilən dəyərli sözlərə nəzər salaq.
Əsbəğ ibni Nəbatə İmam Əlidən (ə) nəql edir: "Peyğəmbər (s) mənə buyurmuşdu: "Ya Əli! Bilisənmi ki, Qədr gecəsinin mənası nədir?" Ərz etdim: "Yox, ya Rəsullah!" Peyğəmbər (s) buyurur: "Allah Təala həmin gecə ki, Qiyamət gününün təqdiri olacaqdır, qəza və hökm etmişdir.
Allah Təalanın əmr etdiyi şey - sənin vilayətin idi və həmçinin Qiyamətə qədər sənin nəslindən olan İmamların vilayəti"".
İstər-istəməz zehnimizi belə bir sual məşğul edir ki, niyə Qədr gecəsinin hansı gecə olduğu dəqiq deyildir və bu məsələdə şübhələr vardır? Məgər Məsumlar (ə) bunu bizə xəbər etməyiblər? Yaxşı olardı ki, həmin gecə bizim üçün aydın olardı? Həzrət (ə) öz nurani kəlamlarında bu suala cavab vermişdir.
İmam Əliyə (ə) deyilir ki, bizi Qədr gecəsinə görə agah et. Həzrət də buyurur: "Mən belə deyildir ki, onu biləm və sizdən gizlədəm. Şəkk etmirəm ki, Allah-Təala kömək etmək və sizə möhlət vermək üçün onu sizdən gizlətmişdir. Çünki əgər onu sizə elan etsəydi, ancaq həmin gecəyə əməl edərdiniz. Qalan gecələrdə ibadəti tərk edərdiniz".
İmam Əli (ə) İbni Abbasa buyurur: "Həqiqətən Qədr gecəsi hər il olur. O gecədə bütün il boyunun işi yerə enər. Peyğəmbərdən (s) sonra o iş üçün rəhbərlər vardır". İbni Abbas soruşur: "Bu rəhbərlər kimlərdirlər?" Buyurur: "Mən və mənim nəslimdən olan 11 övladım".
İmam Cavad (ə) İmam Əlidən (ə) nəql edir: "Peyğəmbərdən (s) eşitmişdim ki, səhabələrinə buyurur: "Qədr gecəsinə iman bəsləyin. O gecə Əli İbni Əbitalib və ondan sonra 11 övladı üçündür".
İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) Ramazan ayının son on gününü yatağını toplayardı. 23-cü gecə ailəsini oyaq saxlayardı. O gecə yatanların üzərinə su səpərdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

14 Şərh:

  • Anonim
    . . · 15 İyun 23:4400

    Esasen,27 ci gece

    Cavab yaz
  • Anonim
    Musviq · 15 İyun 23:46140

    Qedr gecesi ele bir gecedir ki,1000 aydan ustundur.Hezreti Resulullahdan(s) Gordum ki Biehsitin qapisina yazilmisdir Allahdan basqa mebed yoxdur Muhemmed(s) Onun elcisidir Eli(e)onun Peygemberin qardasdir Qedr geceniz mubarek qardshlar ve bacilar

    Cavab yaz
    • Anonim
      xanim · 16 İyun 08:5931

      Cox uzr istəyirəm heyz halinda olan qadinin qedr gecesi oyaq qalmaginda dua etmeyinde günah varmı

      Cavab yaz
      • Anonim
        مريم · 16 İyun 11:1061

        xanım, günah deyil,əksinə çalışın zikr,dua ilə keçirəsiniz gecəni.

        Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:53140

    **Qədr gecəsinin ən yaxşı əməli hansıdır? *Həyatımızda elə zamanlar vardır ki, onlardan bəhrələnərək daha çox axirət faydası qazana bilərik. Bu zamanlardan biri də Qədr gecəsi və onun əhyalarıdır. Allahını, Peyğəmbərini (s) və Əhli-beytini (ə) tanıyan hər bir insan bu gecələrin intizarını çəkər. Ondan ən yaxşı şəkildə faydalanmaq istəyər. Çalışaq ki, bu əhya gecələri əvvəlki gecələrdən feyz və inayəti ilə fərqlənsin. (Tebyan) *İmam Əli (ə) buyurur: “Fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin”. Bizim həyatımızda olan bu fürsətlər qızıl və gümüşdən də dəyərlidir. Bu dəyərli fürsətin qədrini bilək və onu qənimət bilək.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:54140

    *Bu gecənin özünəməxsus əməlləri vardır ki, o cümlədən: qüsl, dua, Quranı və Əhli-beyti (ə) vasitə qərar vermək, İmam Hüseynin (ə) ziyarəti, xüsusi namaz kimi. *Bu gecəni başqa gecələrdən fərqləndirən cəhət odur ki, bu gecədə Quran nazil olmuşdur. Bu gecə ona görə əzizdir ki, insanın hidayət olmaq zəminəsini hazırlayır. Hədəf - Allaha çatmaqdır, bu İlahi səfər isə mərifət olmadan mümkün deyildir. Quran və dua oxumaq bəyənilən əməllərdəndir. Ancaq əgər onları nə üçün oxuduğun haqqında düşünməsən və təfəkkür etməsən, faydası və əcri az olar.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:54140

    *Ona görə də bu gecələrdə edilə bilən ən yaxşı əməl - təfəkkür etmək və düşünməkdir. Əgər Quran oxuyuruqsa, mənasına diqqət edək. Əgər dua oxuyuruqsa, bizə nə dediklərinə qulaq verək. Min gecədən üstün olan bu gecələrdə fikirlərimizi nizama salaq və Allahla əhd bağlayaq ki, etdiyimiz bütün işləri düşünüb edəcəyik.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:54140

    *Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat təfəkkür bir il ibadətdən daha yaxşıdır”. Əlbəttə o kəs təfəkkür etməyə müvəffəq olar ki, Allah ürəyini tövhid və mərifət nuru ilə işıqlandırmışdır. Ubudiyyət və bəndəlik yolunda addımlayır. Məxluqlar haqıqnda təfəkkür etmək - insanı aləmlərin Məbdəsinə çatdırar və Onun ali sifətləri ilə tanış edər. Öz nəfsin haqqında təfəkkür etmək Allah Təalanın əmrlərinə itaət etməyi təlim verər. Əməl və rəftar haqqında təfəkkür etmək insanı öz eyb və nöqsanlarına agah edər. Keçmişdəkilər haqqında təfəkkür etmək əməllərin nəticəsi və xoşbəxtliyin mərhələləri haqqında məlumat verər. Təfəkkür elə bir vasitədir ki, bəndəlik məqamına onsuz çatmaq mümkün deyildir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:55140

    Qədr gecəsi elə bir gecədir ki, İlahi ərşin qapıları açılar və mələklər yerə enməyə tələsərlər. Bu gözəl dəqiqələr bir daha təkrar olmayacaqdır. Ona görə də əllərini açıb, İlahi rəhməti hiss et. Bu gecə hər yerdə İlahi nişanə vardır. Allaha bizə bu fürsəti verdiyi üçün şükür edək və deyək ki: “Allahım! Sənə şükür edirəm ki, Qədr gecələrini günahdan paklanmaq üçün yol və vasitə qərar vermisən. Qədr gecələri Səninlə barışmaq üçün ən yaxşı fürsətdir. Bizləri bu aydan bağışlanmış halda çıxart. Əllərimi Sənə tərəf açmışam və əllərimi dərgahından boş qaytarma. Əllərimi tut və məni səadət qapılarından içəri al”.

    Cavab yaz
  • Anonim
    N▪ · 16 İyun 00:05140

    Bütün möminlərin, qəlbi ALLAH sevgisilə döyünən hər kəsin qədr gecəsi mübarək! Bütün xoş diləkləriniz qəbul olsun inşəAllah! AMİN !!!

    Cavab yaz
    • Anonim
      .. · 16 İyun 00:0940

      Amin N.!

      Cavab yaz
    • Anonim
      ENV · 16 İyun 02:2550

      N• AMiN sizinle Bahem cümlemiznen

      Cavab yaz
  • Anonim
    Sevinc · 16 İyun 00:3820

    Cox saq olun serhlere qore.Maariflendirir ve imani artirirsiz.Yazilar cox savadli, maraqli yazilib.Davami olsun.

    Cavab yaz
  • Anonim
    Ğ · 16 İyun 02:1208

    Qədir dayı üçün adına bax qədir gecəsi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.