Cəmiyyət

İftar vermək gözəl savabdır, amma israf olmasa

15 İyun 2017 21:40
1 Şərh     Baxış: 949

Ramazan ayında iftar süfrəsi hər bir Allah qonağının üzünə açıq olar. Quran ayələri və hədislərimiz bu mübarək ayda oruc tutanlara iftar verməyimizi tövsiyə edir. Ancaq bu süfrələr israf xarakteri daşımamalıdır. Çünki israf etmək bu iftar süfrəsinin dəyirini aradan aparar.

İsraf elə bir əməldir ki, Quran 20 ayəsində onu məzəmmət etmişdir.
İsraf özünü bir çox sahələrdə: iqtisadiyyat, əxlaq və etiqadi məsələlərdə göstərər. Hər birində də bəyənilmir və məzəmmət olunur. Allah Təala Quranda möminlərə buyurur ki, mötədil olsunlar, həddi aşmasınlar. Çunki həddi aşmaq israf olar. Bir cəmiyyətdə əgər israf artarsa, fəsad üçün zəminə hazırlanar.
İsraf dedikdə etidal həddini aşmaq nəzərdə tutulur. İnsan bəzən maddi məsələlərdə və bəzən də mənəvi məsələlərdə israf edər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, iftar süfrələri infaqın bir növüdür. İnfaq etmək cəmiyyətdə böyük təsirə malikdir. İctimai rabitələrin möhkəmlənməsinə və yoxsulluğun aradan getməsinə səbəb olar. Ancaq infaq gərək infaq əhlinə verilsin. Zəngin insanlara verilən iftar süfrələrində həmişə israf olunar və yeməklərin çox hissəsi sonradan zibilə atılar. Bu iftarın savabı olmadığı bir yana, ardınca İlahi qəzəbə səbəb olar. Əmirəl-möminin (ə) buyurur: "Həddi aşmaq - bəxş etməyin bəlasıdır".
Əgər insanın ifrat süfrəsi verməkdə niyyəti Allah rizasını cəlb etmək olarsa, bu qədər israf etmək yerinə, niyə həmin pulu yoxsullara infaq etmir? Niyə qohumları arasında ən yoxsul olanları iftara çağırmır?
Susuzluq, aclıq və ehtiyac hissi - orucun hökmlərindəndir. Zəngin insan il boyu nemət və rifahdan bəhrələnər və nə zaman nə istəsə, əldə edə bilər. Ancaq Ramazan ayında yoxsulların və ehtiyac içində olanların çəkdiyi ağrı və əziyyəti hiss edər və qəlfətdən ayılar.
İmam Hüseyndən (ə) soruşurlar ki, niyə Allah orucu vacib buyurubdur? İmam (ə) buyurur: "Zəngin aclığı hiss etsin və ehtiyacı olduğunun artığını yoxsullara qaytarsın".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu ayda mömin oruc tutana iftar verər, o, Allah Təala yanında qul azad etməyin savabına malik olar və keşmiş günahları üçün bağışlanma olar".
İmam Sadiq (ə) buyurur: "Ey Sədir! Bilirsənmi ki, bu nə gecələrdir?". Sədir deyir: "Bəli, qurban olum. Bu gecələr Ramazan ayının gecələridir". İmam (ə) buyurur: "Qüdrətin vardırmı ki, bu gecələrin hər birində İsmayil (ə) övladlarından olan on qulu azad edəsən?". Sədir deyir: "Atam-anam sənə fəda olsun. Sərvətim kifayət etməz". İmam (ə) qulların sayını azaltmağa başlayır və gəlib çatır 1 qul azad etməyə. Sədir yenə deyir ki, qüdrətim yoxdur. İmam (ə) ona buyurur: "Qüdrətin yoxdurmu ki, hər gecə 1 oruc tutan müsəlmana iftar verəsən?". Deyir: "Bəli, on nəfərə də iftar verərəm". İmam (ə) buyurur: "Ey Sədir! Sənin iradə etdiyin kimidir. On oruc tutana iftar verərək, İsmayil (ə) övladlarından olan on qulu azad etməyin savabına nail olarsan".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sebir · 16 İyun 08:1700

    Varlı süfresinde ne zaman kasıbı görmek isteyib ki.gardeşi de olsa bele.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.