Cəmiyyət

Uzun və sağlam həyatın əsas sirri - az yemək

15 İyun 2017 22:10
4 Şərh     Baxış: 1 220

Artıq çəki demək həm sağlamlıq, həm də görkəm baxımında problem deməkdir. Hazırda yay fəsli olduğundan əksər insanlar sağlam və gözəl görünmək üçün artıq çəkidən xilas olmağın yollarını axtarır. Onların əksəriyyəti dietoloq yanına getmədən, müxtəlif internet səhifələrindən və yaxud yaxınlarından eşitdikləri pəhriz proqramları ilə arıqlamağa çalışırlar. Bir çox hallarda bu cür pəhrizlərin heç bir nəticəsi olmur, əksinə, bəzən də insan sağlamlığında ciddi problemlərə yol açır.

Milli.Az musavat.com-a istinadən bildirir ki,son zamanlarda isə dünya alimləri belə qənaətə gəliblər ki, əslində pəhriz saxlamaqla deyil, daha az yemək lazımdır. Ümumiyyətlə, çox yeməyə can atmaq doğru deyil. Çox yeyərək qazandığımız çox qida orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə yükdür. Artıq qidalar isə onikibarmaq bağırsaqda çürüyərək zəhərli maddələrə parçalanır və bu da insanın sağlam, gümrah yaşamasına əngəl olur.
 
Gün ərzində hansı vaxtda yeməkdən imtina edilməsi haqda isə müxtəlif iddialar var. Bəziləri axşam yeyilən yeməyin orqanizm üçün təhlükəli olduğunu, artıq çəki yaratdığını, bəziləri günorta yeyilən yeməyin bu cür fəsadlara yol açdığını, digərləri isə yalnız səhər yeməyini ixtisara salmaqla gün ərzində iki dəfə qidalanmağı məsləhət görürlər. İddiaya görə, səhər qida qəbul etmək orqanizm üçün əlverişli deyil, səhər saatlarında axşamdan yeyilən qidaların həzmi davam edir. Günün ilk yarısında orqanizm özünü təmizləyir, buna görə də yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzə başladığı vaxt yeni qidanın qəbulu doğru deyil.
 
Bir sözlə, orqanizmə vaxtaşırı istirahət vermək lazımdır. Çünki bağırsağın divarları özündə 3 kiloqramdan 25 kiloqramadək şlak toplayıb saxlayır. Mümkün qədər orqanizmi zəhərləyən ət, yağ, yumurta, göbələk, çörək və paxlalı bitkiləri qidadan çıxartmaq, əvəzində isə tərəvəzlərdən istifadə etmək lazımdır.
 
Dietoloq Leyla Zülfüqarova mövzu ilə bağlı deyib ki, az yemək qaydalarını düzgün yerinə yetirmək lazımdır: "Sual olunur ki, "pəhriz, yoxsa az yemək?" Əslində pəhriz yeməyi sözünü hərfi mənada anlasaq bunun özü həyat tərzi deməkdir. Yəni insan yemək yeməlidir, amma diqqət etməlidir ki, nəyi və necə? Bu zaman dietologiyanın ən vacib hissələrindən olan orta dərəcə prinsipinə əsaslanmalıyıq. Buna əsasən yemək porsiyalarını orta dərəcədə qəbul etmək lazımdır. Bu nə çox, nə də heç yeməmək deyil. Bu səbəbdən pəhriz və az yemək sözü eyni anlayışdır. Ona görə də az yemək sözü bizə həm paradoks kimi görünə bilər, həm də düzgündür. Yəni dietologiya dozalı yemək deməkdir. Hər bir yeməyin, hətta sudan istifadənin belə dozası var. Yəni suyun dozasını da aşan zaman, yəni orta dərəcəni keçən zaman orqanizmdə problemlər yarana bilər.
 
Beləliklə, biz qidalanmalıyıq, amma çox yeməməli, orta səviyyəyə diqqət etməliyik. Hər günümüzü pəhrizli etməliyik. Pəhrizli olmaq sovet dönəmindən qalmış dieta anlayışı deyil. Pəhriz sağlam rasional qidalanmaq deməkdir. Yəni insan orqanizminə ehtiyac duyduğu bütün düzgün maddələri qəbul etməlidir".
 
Dietoloq gün ərzində insan orqanizmi üçün gərəkli olan düzgün qidalanma ilə bağlı məsləhətlərini də bildirib:
 
"Ümumiyyətlə, həmişə bildirirəm ki, qidalanmaq baxımından ölkə olaraq çox ciddi səhvlərimiz var. Yəni hər ölkənin, xalqın özünəməxsus bəslənməsi olmalıdır. Hər bir ölkədə kökəlmə müxtəlif səbəblərdən olur. Məsələn, bizdə hələ də qidalanma ilə bağlı çox ciddi səhvlər davam etdirilir, illərlə yaşadılır. Artıq bunlara bir "stop" demək lazımdır. Biz bu səhvləri gündəlik davam edərək yenə də möcüzə axtarırıq. Düşünürük ki, bu səhvi edərək hansısa möcüzəli formula tapacağıq və arıqlayacağıq. Amma ciddi səhv burasındadır ki, heç bir möcüzəli qida yoxdur. Sadəcə, qidaların bir-biriləri ilə əlaqəsi var.
 
Biz hələ də şirin çaydan istifadə edən xalqıq. Bu dəhşətdir. Sanki səhər yeməyimizdə süfrəyə alternativ heç bir şey tapmayıb mütləq şirin çay, çörək, pendir, yaxşı halda hətta kərə yağı da qoyuruq. Bu, şablondur və qidalanmada ən ciddi səhvdir. Biz hələ də yağı yandıraraq qida bişiririk. Bir çoxları hətta düşünür ki, yeməkləri kərə yağında bişirməklə doğru edir. Hətta kərə yağından istifadə edilsə belə, yağ yanmamalıdır, sonradan yeməyə əlavə edilməlidir. Bizlərdə belə bir adət də var, kərə yağını əridib, balonlara yığırıq, daha sonra istifadə edirik. Yağı yandıraraq yeməkdə istifadə etmək çox ciddi səhvdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    777 · 15 İyun 22:2611

    Beh-beh!

    Cavab yaz
  • Anonim
    / · 15 İyun 22:5411

    Yazilanlarin icinde bir dene az yemek duzdur.Qalanlari bow weydir. evvelden yaq da eridilib iwledilib,seherler de wirincay,pendir,yaq,corek yeyilib.Bu qayda ile qidalananlar 100 il de yawayib,50 il de,30 il de.

    Cavab yaz
    • Anonim
      Zulya · 16 İyun 00:1901

      Senin hec dietoloqluqdan başıb cıxmır.Get özüne peşe tap.Yerinden duran dietoliqam deyir

      Cavab yaz
  • Anonim
    Sebir · 16 İyun 08:0500

    En lazımlı olan seher normal gidalanmadır .nenelerim mal gara saxlayıb yadımdadı ki xörekleri yag içinde olurdu .94 yaş biri yaşadı 92 yaş biri 84 yaş biri.( yoldaşımın nenesi) indi hava zeherlidi yediyimiz produklar keyfiyetsizdi.isteyirsen ac otur isteyirsen çox ye eynidi.imkan daxilinde tebii gidalarla gidalanmag lazımdır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.