Cəmiyyət

Cocuq Mərcanlıda gün ərzində 1 168 ədəd qəlpə aşkarlanıb - FOTO

28 May 2017 20:53
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANAMA mayın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Milli.Az-a Agentlikdən bildirilib ki, kənddə gün ərzində 1 168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 45 753 kv.m (4.58 ha)).
Məlumata görə, 96 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 107 161 ədəd qəlpə, 71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 24 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 229 508 kv.m (222.95 ha) ərazi tam təmizlənib, 1 206 040 kv.m (120.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 3 435 548 kv.m ( 343.55 ha)).
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.