Cəmiyyət

"30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə - VİDEO - FOTO

23 May 2017 18:12
4 Şərh     Baxış: 9 356

"İlan sancan yeri kəsdik, ordan da qapqara qan töküldü".

Samuxun Qarayeli qasəbəsinin Cırdaxan kəndində yerləşən Məmmədovlar ailəsi ilanların əlindən rahat yata bilmirlər.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ev sahibləri deyir ki, ilanlar 3 ildir ki, hər il yaz vaxtı gəlir, qışda isə yoxa çəkilirlər.

Pərvin Məmmədov - Ev sahibi: "Çox dərmanlamışıq, toz da səpmişik xeyri yoxdur. İndi də gəlib hamama da dolublar. Nə qədər edirik, bir əlac qıla bilmirik. Neçə ildir bizdə davam edir. Dünən də qonşunun heyvanını çaldı, heyvan öldü biz daha da narahat olmağa başladıq".

Dəstəgül Süleymanova - Sakin: "Heyvanı gözümüzün qabağında sancdı, sancan kimi də 30 metr getməmiş yıxıldı öldü. Nə qədər qatıq gətirdik, nə elədiksə xeyri olmadı. İlan vuran yeri kəsdik, ordan da qap-qara qan töküldü, çevrildi dümağ zəhərə. Üstü ağ-qara xallıdır, altı da qızılı rəng".

Samux rayon İcra Hakimiyyəti ərazini nəzarətə götürüb. Evi dərmanlamaq üçün xüsusi qrup ayrılıb. Dərmanlama işləri aparan mütəxəsssislər preparatın təsir qüvvəsinin 1 həftə qalacağını desələr də nəticə göz qabağındadır və ilanlar yenə də görünür.

Azərbaycanda ilanların 24 növü yayılıb ki, bunların sadəcə 4-ü zəhərlidir. Bunlar sancdığı zaman yerindəcə öldürmək xüsusiyyətinə malik adi, çöl, dağ və səhra gürzələridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ema · 23 May 18:1940

    İlanln ağlnada qaraslnada lənət

    Cavab yaz
  • Anonim
    Turk · 23 May 19:5121

    Hormetli milli az zehmet olmasa butun xeberlerinize serh yazmaga imkan verin, eger bacarirsizsa.

    Cavab yaz
  • Anonim
    Ilham · 23 May 20:1400

    Bu videonun sonunda,gurze deyilen,koramaldi.

    Cavab yaz
  • Anonim
    azer · 23 May 20:1800

    Serhi bezilerinde vermirsiz milli az men sizin daimi teqibcinizem ama bele getse yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.