Cəmiyyət

"Mənə sataşırdı, vurdum" - Bakıda güllələnmə - YENİLƏNİB - VİDEO - FOTO

22 May 2017 15:49
1 Şərh     Baxış: 15 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:49

Bakıda güllələnmə faktı qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ədalət Babayev saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Ədalət Babayev - Saxlanılan şəxs: "Qonşuluqda Elnur var idi. Münasibətlərimiz yaxşı deyildi. Gəlirdi mənə sataşırdı, təhqir edirdi. Mənim də evdə silahım var idi. Keçdi qabağıma dedi ki, səni vuraram. Hirsləndirdi məni, çıxarıb vurdum".

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

------------------

20.05.2017

16:43

Mayın 19-da saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1977-ci il təvəllüdlü qəsəbə sakini Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi "Makarov" tipli tapançadan həmyerlisi - 1990-cı il təvəllüdlü Elnur Dadaşova bir atəş açaraq qol nahiyəsinə xəsarət yetirib.

Milli.Az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Trend-ə daxil olan birgə məlumatında deyilir.

E.Dadaşov xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir. Ə.Babayev könüllü rayon Polis İdarəsinə gələrək təslim olub və cinayətin törədilməsində istifadə etdiyi tapançanı və patronları təhvil verib.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və Ə.Babayev şübhəli şəxs qismində tutulub.

Hadisə yerinə baxış keçirilərkən oradan güllə gilizi aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

---------

10:01

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.

Araşdırma aparılır.

---------

07:37

Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Elnur Dadaşov "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Belə ki, o, avtomobilini saxlayarkən E. Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.  
Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

19.05.2017

23:41

Bakıda gənc oğlan güllələnib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mənə sataşırdı, hirsləndirdi vurdum" - Keçmiş məhkum Maşdağa sakinini güllələdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.