Cəmiyyət

Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək? - VİDEO

18 May 2017 21:08
4 Şərh     Baxış: 3 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta məktəb, texnikum və ya universitet məzunları bu günlərdə həm də vinetka həyəcanı yaşayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vinetka qiymətləri isə müxtəlifdir. Bunu vinetkaların görünüşü və içindəki şəkillər müəyyən edir. Fotoqrafların sözlərinə görə, nə qədər sadə vinetka tələb edilirsə, xərci də o qədər ucuz olur.
Vinetkanın qiymətinə fotoçəkiliş aparılacaq məkan da təsir edir.
Fotoqrafların sözlərinə görə, qiymətə təsir edən başqa bir məqam vinetkanın materialıdır. Çünki bütün materiallar xaricdən gəlir.
Fotoqraflar bildirir ki, əvvəllər daha sadə vinetkalara üstünlük verilirdisə, indi belə deyil. Gənclər daha çox fərqli yerlərdə, fərqli obrazlarda olan şəkillərlə bəzədilmiş vinetkalara üstünlük verirlər. Bu zaman çəkilişdə lazım olan bütün xidmətlər - paltardan tutmuş məkana qədər hər şey vinetka çəkənlərin üzərinə düşür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.