Cəmiyyət

Müdir işçini istədiyi vaxt işdən çıxara bilər? - HÜQUQUNUZU BİLİN - VİDEO - FOTO

16 May 2017 17:53
1 Şərh     Baxış: 3 874

Bəzi özəl sahələrdə  çalışan işçilərin əmək hüquqlarının  pozulması halları davam edir. Əmək şəraitinin yaradılmaması,  8 saatdan artıq olan iş saatı və bu saatlar üçün əmək haqqının hesablanmaması, o cümlədən, işçilərin heç bir xəbərdarlıq edilmədən işdən çıxarılması kimi hallarıdır. Hüquqşünaslar isə əmək qanunvericiliyində iş vaxtı, onun növləri, iş vaxtından artıq iş və bu kimi məsələlər nizamlı şəkildə göstərildiyini deyirlər.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi mövzu ilə bağlı maraqlı reportaj hazırlayıb.  

Zaur Bərxudarov - Hüquqşünas: "İşçilərin ixtisarı zamanı əvvəlcədən xəbərdarlıq edilir. Xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam verilir. Ya da başqa bir formada, xəbərdarlıq etmədən, əmək haqqını əvvəlcədən ödəyib, işçini işdən çıxara bilər".

Onun sözlərinə görə, hər bir işçi işdən çıxarılmamışdan əvvəl mütləq bir ay öncə ona xəbərdarlıq olunmalıdır və özünə iş yeri tapması üçün 1 saat tez işdən buraxılmalıdır. Xüsusi xarakterli işlərdə çalışan işçilərə də həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan və buna müvafiq olaraq həftəlik normal iş vaxtının  müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq,  iş vaxtından artıq iş yolverilməzdir. Lakin təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması,  onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Vətəndaşlar da bu kimi halların baş verməsinin yolverilməz olduğunu deyir.   Hər bir şirkət və özəl müəssisədə işçilərin hüquqlarının qorunması daima nəzarətdə olmalıdır.

Sakin: "Əmək müqaviləsində nəzərdə tutulan saatı işçi işləməlidir. Əgər təşkilatın rəhbəri həmin işçini saatdan artıq işlədirsə, o zaman ona əlavə pul verilməlidir".

Ekspertlərin fikrincə, işçilərin əmək və istirahət hüquqlarının pozulması ilə bağlı olan şikayətlər ciddi şəkildə araşdırılaraq Həmkarlar İttifaqlarının səlahiyyətləri çərçivəsində təqsirkar şəxslərə qarşı qanunvericiliyə uyğun qaydada tədbirlər görülməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müdir işçini istədiyi vaxt işdən çıxara bilər? - HÜQUQUNUZU BİLİN

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 16 May 21:3200

    Ne huquq bazaridir kim ne isteyir onu edir kor kor gor gor

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.