Cəmiyyət

Dərinin qocalmasını sürətləndirən 7 AMİL

16 May 2017 22:25
4 Şərh     Baxış: 3 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərinin qocalması təbii fizioloji prosesdir. Lakin bəzi qadınlarda bu prosess daha sürətlə, digərlərində isə əksinə daha asta gedir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun bir çox səbəbləri vardır. Bu səbəblər arasında:

1. İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrdə qadınların dərisi tez qocalır və qırışır, əksinə isə digər ailələrdə qadınlar öz yaşıdlardan da qoca görünür. Bu dərinin irsi xüsusiyyətləri ilə (qalınlıq, yağlılıq və s.) bağlıdır.

2. Siqaret çəkmək. Çoxdan sübut olunub ki, siqaret çəkən qadınlarda dəri daha tez qocalır. Məsələ burasındadır ki, nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur.

3. Yuxunun az olması. Yuxunun kifayət qədər olmaması ümumi orqanizmi sarsıtdığı kimi, dəriyə də öz mənfi təsirini göstərir. Alimlər təsdiq edir ki, yaxşı və sağlam dəriyə sahib olmaq üçün qadın gecə 7 saatdab 9 saata qədər yatmalıdır.

4. Mimikanın çox aktiv olması. Mimikası çox aktiv olan qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Bu səbəbdən mütəxəssislər qadınlara mimikadan daha az istifadə etməyi tövsiyə edirlər.

5. Kosmetikadan sui-istifadə. Kosmetikadan həddindən artıq istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur. Xüsusilə bu qatı tonal kremlər və krem-pudralardan istifadə edən qadınlara aiddir. Bu vasitələrin təsiri nəticəsində dəri məsamələri tutulur ki, dəri "nəfəs almır", dəridə gedən mübadilə prosesləri pozulur. Hər zaman gözəl, təravətli və cavan qalmaq istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən minimal şəkildə istifadə etməyə çalışın!

6. Günəş vannalarından və solaridən sui-istifadə. Dərinin növbəti "düşməni" günəş şüalarıdır. Tez-tez solyariya getdikdə və uzun müddət ərzində açıq günəş şüaları altında olduqda dərinin quruması və erkən dəri qırışlarının əmələ gəlməsi baş verir. Buna görə də günəşli havada çölə çıxarkən dərinizə mütləq günəşdən qoruyucu kremlər çəkmək və günəşdən qoruyan eynəklərdən istifadə etmək tövsiyə olunur.

7. Qidalanmada meyvə və tərəvəzlərin az olması. Mütəxəssislər araşdırmalar zamanı belə qənaətə gəliblər ki, daha çox meyvə və tərəvəzləri istehlak edənlərin dərisi daha gec qocalır. Bunun əsas səbəbi isə meyvə və tərəvəzlətin tərkibində antioksidantların (qocalma prosesini ləngidən maddələr) çox olmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.