Cəmiyyət

Hansı qidaları acqarına yemək orqanizm üçün zərərlidir?

18 May 2017 22:25
0 Şərh     Baxış: 1 415

1. Sitrus meyvələri
Sitrus meyvələrinin tərkibində çoxlu meyvə turşuları var. Bu səbəbdən də oları acqarına yemək olmaz. Meyvə turşuları mədənin selikli qişasını aşılayır. Əgər səhərlər könlünüzdən sitrus meyvəsi və ya şirəsi keçirsə, o zaman əvvəlcə yulaf həlimi için, sonra istədiyiniz sitrus meyvəsini yeyin. Yulaf həlimi mədənin divarını və selikli qişasını aqressiv qıcıqlanmalardan qoruyur.
2. Banan
Bananın tərkibində çox miqdarda olan maqnium ürək-damar sisteminə pis təsir edir. Bu səbəbdən də bananı acqarına yemək məsləhət görülmür.
3. Soyuq içkilər
Acqarına soyuq maye qəbul eləmək məsləhət deyil. Səhər qəbul etmək istədiyiniz mayenin azca illıq olması mədə-bağırsaq fəaliyyəti üçün çox faydalıdır.
4. Kofe
Milli.Az immunitet.az-a istinadən bildirir ki, davamlı olaraq səhərlər acqarına kofe içmək mədənin selikli qişasını qıcıqlandırır, diş minasını korlayır və qastrit xəstəliyinin əmələ gəlmə riskini artırır.
5. Şirniyyat
Səhər tezdən mədəaltı vəzin insulin ifrazı zəif olur Bu səbəbdən də acqarına çox şirniyyat yemək olmaz. Bu qanda şəkərin miqdarını artıra bilər.
6. Qatıq
Acqarına qatıq yemək məsləhət deyil. Çünki, boş mədədə həzmin getməsi üçün yetərincə lazım olan mikroorqanizmlər vardır. Tərkibində süd turşusu olan maddələr isə bu mikroorqanizmlərin məhvinə səbəb olur. Əgər qatıq yemək istəyirsinizsə o zaman günorta yeməyindən yatana qədər istədityiniz zaman yeyə bilərsiniz.
Əgər yuxarıda adları çəkilən qida məhsullarını acqarına qəbul edərkən sizin mədə-bağırsaq və həzm sisteminizdə heç bir xoşagəlməz dəyişikliklər baş vermirsə o zaman onlardan acqarına istifadə edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.