Cəmiyyət

Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?

18 May 2017 22:35
5 Şərh     Baxış: 1 030

Sağlam və uzun ömür yaşamaq üçün sağlamlığınızın qayğısına vaxtında qalmalısınız. Yaşadığınız müddətdə immunitetinizi yüksək saxlamaq, sağlam qidalarla qidalanmaq, fiziki aktivliyi daima qoruyub saxlamaq insanın uzun ömür sürməsinə səbəb olur. Hər bir insan yaşı ötdükcə orqanlarının əvvəlki kimi işləmək qabiliyyətinin olmamasını bilməlidir. İnsan yaşlandıqca onun beyni, ürəyi, oynaqları əvvəlki gücünü itirməyə başlayır. Bu da hər bir insanı öz sağlamlığı barədə düşünməyə məcbur edir. İnsanın yaşı artdıqca o öz sağlamlığına qarşı daha da diqqətli olmalıdır. Belə ki, orta yaşı ötdükcə stressdən uzaq durmaq, ürək damar sistemini, beyinin fəaliyyətini ildə bir dəfə müayinə etdirmək, təzyiqi nəzarət altında saxlamaq lazımdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yaş ötdükcə qidalanma rejimini də ciddi nəzarət altında saxlamaq və fiziki aktivliyə diqqət yetirmək lazımdır. Yaşın üstünə yaş gəldikcə yağlı qidaların qəbulunu azaltmaq və sulu meyvələrə üstünlük vermək lazımdır. Sulu meyvələr mədənin sekresiya vəzilərini stimulyasiya edir. Soyuducuda saxlanılan boyat qidalara üstünlük verməkdənsə sulu qidalar qəbul eləmək daha məqsədəuyğun sayılır. Yaş ötdükcə buğda və suda bişən qidalarla qidalanmaq lazımdır.Şirin meyvələrin qəbuluna üstünlük verildiyi zaman qanda şəkərin miqdarını da nəzarət altına almaq lazımdır. Yaşlı adamların tərkibində çoxlu vitamin olan meyvə tərəvəzlərlə qidalanmalaqrında çox fayda var. Yaşlandıqca artıq maye qəbul eləməyi azaltmaq lazımdır. Hər gün açıq havada gəzmək yaşlı adamlar üçüün çox faydalıdır. Mütəxəssislər yaşlı adamların gün ərzində ən azı 30 dəqiqə aktiv idmanla məşğul olmalarını tövsiyə edirlər.
Tərkibində şəkər olan qidaların menyudan çıxarılmasında fayda var. Tərkibində şəkər və duzun miqdarı az olan qidalarla qidalanmaq yaşlı adamlar üçün çox faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Sebr · 18 May 22:4240

    26 yaşa kimi yaxşı gəlmişəm şükür,amma yavaş-yavaş prablemlər özünü göstərir!Kim 100 yaşamasa günah onun özündədir..Allah bizləri həkimə möhtac etməsin,balamın canı sağ olsun daha heçnə istəmirəm!!

    Cavab yaz
  • Anonim
    Sebr · 18 May 22:4320

    Bu arada şəkildəki nənə Elzanın tələbəsidi yəqin əndrabadi eynək taxıb!

    Cavab yaz
  • Anonim
    · 19 May 00:0620

    Kim 100 yawamasa fikriyle qeti razi deyilem. Uzun muddeti rejimdeyem.Amma agrilar bitmir hetta dozulmezdi..Gunah mende deyil cunki men elimden geleni edirem..

    Cavab yaz
    • Anonim
      2017 · 19 May 18:0400

      bunovreden etmek lazimdir

      Cavab yaz
      • Anonim
        · 20 May 12:0600

        Sen bunovre neye deyirsen? Anadan olanda ailem mene cox yaxwi baxib.Ne bextli biriyem ki Azerbaycanda deyil Rusiyada dogulmuwam.Ve hec zamanda xestelik nedi bilmemwem.Bura gelenden sonra her wey alt ust oldu.Tibb ise sifir derecesindedi!

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.