Cəmiyyət

Süni agciyər hazırlandı

18 May 2017 21:20
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağciyər insan bədənində ən mühüm orqanlardan biridir. Son illərdə siqaret istifadəsinin artımı ilə birlikdə bir çox ağciyər xəstəliklərində də artım müşahidə edilir. Bu səbəbdən xəstəliklərin qarşısının alınması üçün araşdırmalar həyata keçirilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Nature Cell Biologiya jurnalında nümayiş olunan araşdırma, Kolumbiya Universitetinin Tibb Mərkəzi tərəfindən həyata keçirilib.
Orqana bənzəyən və onun kimi fəaliyyət göstərən, çoxlu hüceyrə növlərini ehtiva edən və üç ölçülü olan orqanoidlərin insanın​ kök hüceyrələrindən hazırlandığı və ağciyərin bir bütün olaraq bütün xüsusiyyətlərini təqlid etdiyi qeyd olunub.
Elm adamlarının sözügedən orqanoidləri, laboratoriya şəraitində insanlarda rast gəlinən ağciyər xəstəliklərinin modellərini yaratmaq üçün istifadə etdiyi qeyd edilib.
Araşdırmanın tənəffüs yolu xəstəliklərinin daha yaxşı başa düşülməsini təmin etməsinə​ ümid edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.