Cəmiyyət

20 ədəd albalı 1 aspirinə bərabərdir

18 May 2017 23:45
5 Şərh     Baxış: 2 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albalıda olan antosiyanin maddəsinin ağrı kəsici təsiri aspirindən 10 dəfə çox olduğu bildirilir.

Karbonhidrat, pektin, üzvi turşular, B2, C və A vitamini baxımından zəngin olan albalının mədə və bağırsaq xəstəliklərinə qarşı çox faydalı olduğu kimi, qaraciyər narahatlıqlarına qarşı da yaxşı təsir göstərir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, albalı qanı sulandırdırır. Qaraciyər və ödü təmizləyir. Böyrəklərdə yığılan zərərli maddələrin atılmasına kömək edir, qəbizliyi aradan qaldırır, həzmi asanlaşdırır. Ac qarınına yeyilən albalı insanı arıqladır. Albalı mədədəki yara, iltihab və çibanları təmizləyir. Albalı qaraciyər şişkinliyinə qarşı yaxşı təsir göstərir, ödün axışını normal hala qaytarır və sinirləri qüvvətləndirir.
Revmatizma, damar sərtliyi və oynaq kirəclənməsinə qarşı faydalıdır.
Albalı meyvəsi ağrıların sakitləşməsində aspirindən daha çox təsirlidir. Araşdırmaçılar bu təsiri albalıda olan antosiyanin adlı kimyəvi maddənin etdiyini bildirməkdədir. Albalıda 12-25 milliqram arasında antosiyanin var və bu maddənin ağrı kəsici təsirinin aspirindən 10-qat daha çox olduğu bildirilir. Araşdırmalara görə, gündə 20 albalı yemək bir aspirin almağa bərabərdir. Bundan əlavə, albalıda olan antosiyanin maddəsi E və C vitaminlərinə bənzər antioksidanti təsir göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.