Cəmiyyət

Bədənin ən çox ehtiyac duyduğu 5 vitamin

18 May 2017 21:45
0 Şərh     Baxış: 961

A vitamini

Çatışmazlığının əlamətləri: A vitamini qaraciyərdə toplandığı üçün qeyri-kafi qəbul etdikdə, ilk öncə qaraciyərdə miqdarı azalır, sonra qanda miqdarı düşür. Milli.Az deyerler.org-a istinadən bildirir ki, A vitamininin çatışmazlığında tez-tez görmə ilə əlaqədar problemlər ortaya çıxır.

Mənbələri: Qaraciyər, yumurta sarısı, kərə yağı kimi heyvani qidalar, tünd yaşıl yarpaqlı, sarı və narıncı rəngli tərəvəzlərdə olur.

FOL turşusu

Çatışmazlığının əlamətləri: Fol turşusu azaldıqda qan hüceyrələrinin formalaşma prosesi pozulur.

Mənbələri: Qaraciyər və tünd yaşıl yarpaqlı tərəvəzlərlərdir. Bundan əlavə, brokkoli, çuğundur və quru paxlalarda da fol turşusu yer alır.

B12 vitamini

Çatışmazlığının əlamətləri: B12 çatışmazlığı beyin və sinir sistemində, xüsusilə ağır və geri dönüşü olmayan zədələrə səbəb olur.

Mənbələri: Ət, süd məhsulları, balıq və dəniz məhsulları kimi heyvani qidalar B12 baxımından ən zəngin qidalar arasında yer alır.

C vitamini

Çatışmazlığının əlamətləri: diş əti qanaxmaları, oynaqlarda şişmə, qan azlığı kimi şikayətlər görünür.

Mənbələri: Narıncı qidalar, itburnu, kivi, çiyələk, gül kələmi, qırmızı və göy bibər, yemiş, yaşıl yarpaqlı tərəvəzlər, pomidor və kartof C vitamini baxımından ən zəngin qidalar arasındadırlar.

D vitamini

Çatışmazlığının əlamətləri: D vitamini çatışmazlığında prioritet olaraq sümük toxuması təsirlənir və zədə alır.

Mənbələri: D vitamininin ən yaxşı mənbələri balıq yağı, qaraciyər, yumurta sarısı, süd və göbələkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.