Cəmiyyət

Bu avtomobil sahibləri cərimə olunacaq - XƏBƏRDARLIQ - VİDEO

15 May 2017 21:45
0 Şərh     Baxış: 4 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildririr ki, yol polisi MDB ölkələrində istehsal edilən minik avtomobillərinin sürücülərinə sərt xəbərdarlıq edib.

"VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçmək müddəti 15 gündür yekunlaşsa da, sürücülərin bəziləri avtomobillərini yoxlatdırmır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda ''vaxtım yoxdur'', ''xəbərim olmayıb'' kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onalara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədov deyir ki, sovet avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir.

Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq. /xezerxeber.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.