Cəmiyyət

Qəbələdə keçilməz məktəb yolu - VİDEO - FOTO

15 May 2017 20:46
0 Şərh     Baxış: 2 105

Qəbələnin Vəndam qəsəbəsində qışda palçıq, yayda isə toz əlindən dayanmaq olmur.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Qəsəbənin Hasıllı adlanan məhəlləsində isə yoldan söhbət belə gedə bilməz.

Ərazidən keçən artezian xəttindən sızan su yolu daha da bərbad hala salıb. Yaxınlıqda yerləşən məktəbə getmək üçün hər gün burdan keçən onlarla şagird isə palçığa batmış halda geri qayıdır.

Elnur Qasımov - Məktəbli: "Hər yer bulaşıq olur. Şalvarımız palçıq olur. Müəllimlər dalaşır, uşaqlar gülməyə başlayır ki, ayağın niyə belə palçıqdır?"

Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, ancaq bir nəticənin olmadığını bildirirlər. Məsələ ilə bağlı bələdiyyədən isə bildirildi ki, əraziyə baxış keçirilib. Və tezliklə həlli istiqamətində addımlar atılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
""

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.