Cəmiyyət

Molyusk yemək halaldır, yoxsa haram?

16 May 2017 23:05
6 Şərh     Baxış: 1 347

Allah Təala Quranda belə buyurur:

"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və dənizdən çıxan qidalar sizə halal edildi". (Maidə, 5/96)

Bu ayədəki "təamuhu" ifadəsinə "onu yemək" kimi məna vermək düzgün deyil. Çünki Ərəb dilində "yemək" feli "əkələ" ilə işlədilir.

Dənizin ovu deyildiyi zaman üzüb qaçan balıqlar, dəniz qidaları deyildikdə isə dənizdəki bitkilər, molyusklar (midiya, midyə), eləcə də yosun və sairə nəzərdə tutulur. Yəni, ovlamağa ehtiyac olmadan toplana bilən şeylər.

Bəzi adamlar deyirlər ki, balıq formasında olmayan dəniz məhsulları halal deyil. Bununla əlaqədar olaraq uydurma bir hədis də rəvayət edirlər. Bütün bunlar onların öz dediklərini əsaslandırmaq cəhdindən başqa bir şey deyil.

Halbuki, Allahın ayəsi və peyğəmbərin (s. a. v.) hədisləri bu məsələyə dair hər şeyi açıq-aydın göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

6 Şərh:

  • Anonim
    bakili · 17 May 00:2340

    ister halal ister haram men ölsemde molyuska yeye bilmerem

    Cavab yaz
  • Anonim
    ***** · 17 May 01:4800

    Çox xahiş edirem bilen varsa yazsınbalıqların halalı haramı olur? Bezi adamlar deyirler axçası olmayan balıqlar haramdır bu ne derecede doĝrudur, deqiq bilen varsa yazsın, bilmeyen yalandan müdaxile etmesin

    Cavab yaz
  • Anonim
    Resid-32 · 17 May 08:0600

    Denize pulsuz baliqlarda var axi bes olar nece? Halaldi ya haram ?

    Cavab yaz
  • Anonim
    1988 · 17 May 08:3710

    Başa düşmedim yemek olar Yoxsa haramdı?

    Cavab yaz
  • Anonim
    313 · 17 May 11:1810

    Balıqlardan yalnız pullu balıq halaldır!

    Cavab yaz
  • Anonim
    313 · 17 May 11:2140

    Quran ayesine göre denizde her ne varsa deyil, " denizde olanlardan" , ye'ni "halal olanından yeyin" buyrulur!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.