Cəmiyyət

Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?

16 May 2017 22:55
220 Şərh     Baxış: 3 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəlifə Əbu Bəkr siyasi hakimiyyətə qarşı hərəkət edənlərlə döyüşüb; ki, bu, müharibə cinayətidir. Qurani-Kərimə baxdıqda görürük ki, "namaz qıl(ın)", "oruc tut(un)" kimi ibadətlə əlaqədar buyuruqlar tamamilə şəxsidir. Başqa sözlə, fərdlərə aiddir. Zəkat haqqında isə bir tərəfdən deyilir ki, zəkatı verin. Digər tərəfdən də siyasi hakimiyyəti təmsil edən həzrəti Muhəmmədə belə bir tapşırıq verilir:

"Onların mallarından zəkat (sədəqə) al! Belə et ki, onları pak edib təmizə çıxardasan (inkişaf etsinlər)." (Tövbə, 9/103)

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, deməli, Quranda xüsusi olaraq vurğulanır ki, zəkat bir tərəfdən fərdi, digər bir tərəfdən də siyasi (dövləti maraqlandıran) cəhəti olan bir ibadətdir.

Tövbə surəsinin 60-cı ayəsindən də başa düşülür ki, zəkat birbaşa dövlət tərəfindən yığılır və dövlət xətti ilə 8 yerə bölünür. Bu səbəbdən zəkat digər ibadətlərdən ayrılır. Zəkat verməmək həm Allah, həm də dövlətə üsyan etmək deməkdir. Bu, cinayət hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.