Cəmiyyət

Günün resepti: qiyməli pizza - FOTO

12 May 2017 07:00
24 Şərh     Baxış: 11 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün sizə qovrulmuş qiymə ilə hazırlanan pizza resepti təqdim etmək istəyirik.

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, pizzalar arasında içliyinə görə ən çox sevdiyim qiyməli pizzadır.
 

Lazım olan ərzaqlar:

(30 smlik pizza üçün)

  • 250 qr un (təxminən 1,5 stəkan)
  • 150 ml su (təxminən yarım stəkan)
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı şəkər tozu
  • 0,5 çay qaşığı duz
  • 0,5 çay qaşığı maya

Üzəri üçün :

  • 1 xörək qaşığı ketçup
  • Qurudulmuş ağ reyhan (bazilik)
  • Bibər
  • Pomidor
  • 150-200 qr qovrulmuş qiymə
  • Mozarella pendiri

Əvvəlcə xəmir üçün lazım olan ərzaqları mətbəx kombaynının qabına tökün. Həmişə instant maya (yəni isladılmağa ehtiyac olmayan maya) istifadə etdiyim üçün mayanı birbaşa xəmirə digər ərzaqlarla birlikdə əlavə etdik.

Mətbəx kombaynını işə saldım və çox tez zamanda , təxminən 10-12 dəqiqəyə hazır xəmiri aldıq.
Xəmiri qaba qoyub üzərinə sellofan örtüb 30 dəqiqə saxladıq.

Pizzanı bişirəcəyim tavanı yağlayıb xəmiri nazik şəkildə əlimlə yaydıq.
Üzərinə mayonez,ketçup və quru reyhan (bazilik) qarışığı çəkib, doğranmış bibər və pomidoru düzüb 15-20 dəqiqə 230 dərəcədə xəmir azca qızarana qədər bişirdik.

Bu vaxt ərzində pizza üçün lazım olan pendiri xırdaladıq.

Pizzanı sobadan çıxarıb əvvəlcədən soğan ilə qovrulmuş qiymə tökdüm və pendiri hər tərəfinə səpib yenidən sobaya 5-7 dəqiqəlik qoyduq.

Pendir əriyib bir az qızaranda pizza hazır oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.