Cəmiyyət

Günün resepti: badımcan pizzası - FOTO

10 May 2017 07:00
18 Şərh     Baxış: 5 304

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, sizə bostan badımcanı ilə necə pizza hazırlamaq olduğunu paylaşmaq istəyiirik. Bu yemək yüngül nahar və digər yeməklərin yanında isti qəlyanaltı kimi verilə bilər.

Lazım olan ərzaqlar:

  • 3 ədəd pomidor
  • 3 ədəd böyük badımcan (bostan badımcanı)
  • 1 kiçik baş soğan
  • 200 qr mozarella və ya digər növ holland pendiri
  • bitki yağı (qızartma üçün)
  • duz
  • reyhan qurusu (basilik)

Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.

Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.

Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın.

Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.

Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.

Süfrəyə isti halda verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

18 Şərh:

  • Anonim
    asi · 10 May 09:0431

    Maraqlıdı.

    Cavab yaz
  • Anonim
    Nəzrin · 10 May 09:1011

    mene maraqli gelmedi.hazirlayanlara nuw olsun.

    Cavab yaz
  • Anonim
    ƏLİYEV · 10 May 09:4113

    Gözel qız salam necesen❤

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 10 May 13:4401

      Salam Elnur cox sag ol yaxwiyam.Sen necesen?? Dostdun nece oldu??? Hansi xestexanaya gelmiwdiniz??Yene Bakidasan.??

      Cavab yaz
  • Anonim
    ☆..SeadeT..☆ · 10 May 10:2412

    Sabahınız xeyir olsun. Nara , Esra , asi , Seva Tovuz. ve başqaları necesiz. ?

    Cavab yaz
    • Anonim
      *** NURAY *** · 10 May 12:2811

      Salam Sediw necesen bacım. ?????

      Cavab yaz
      • Anonim
        ☆...SeadeT...☆ Nuraya · 10 May 14:1610

        Çox sağol yaxşıyam , Nuray bacım.

        Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 10 May 13:4510

      Salam Seadet bacim cox sag ol.Yaxwiyam sen necesen???

      Cavab yaz
      • Anonim
        ☆...SeadeT...☆ · 10 May 14:1710

        Men de yaxşıyam.

        Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 10 May 23:2210

      Salam Sedisim yaxsiyam tsk edirem ela olasan

      Cavab yaz
  • Anonim
    rena · 10 May 13:0002

    salam Nara baci hardasan axtariram tapmiram seni.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 10 May 13:5000

      Salam Rena baci.Wukur yaxwiyam.Sen necesen??? Caan olerem ele,inan baci o qeder iwim olur ki,cox gire bilmirem.Tetil bitdi iw,ders,ev,uwagin hazirliqlari hamisi qariwib bir birine.Oglumu gul bayramina aparmaq istiyirem,eve indi catmiwiq.O qeder yorgunamki,getmek gozumde durub.Canim bacim senin iwlerin necedi?? Bagiwla yaza bilmirdim sene.

      Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 10 May 13:5300

    Salam Ika.e bacim necesen??? Kefin ehfalin necedi?? Xesteliyin azalib hec?? Indi necesen?? Bagiwla bacim 2 gundu maraqlana bilmirem senden.Ama sene gore narahat idim.Ozune yaxwi bax.

    Cavab yaz
    • Anonim
      ika.e · 10 May 16:2800

      Salam nara bacl şükür indi yaxşıyam sen necesen görünmürsen??

      Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 10 May 13:5500

    Salam JaleN bacimmm necesen?? Seni gore bilmirem.Niye yazmirsan?Hardasan??Sehifelerdede seni axtariram,tapa bilmirem.Gel bacim senin ucun cox darixmiwam.Gozum yolda qalib :((((((

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 10 May 13:5600

    Salam @ngel bacim necesen?Kefin ehfalin necedi??? Mama necedi???Sagalib???Bacim Allah mamana wefa versin.Amin.

    Cavab yaz
  • Anonim
    rena · 10 May 15:2801

    Nara cox saq ol men de yaxsiyam,yazdiqlarini oxudum sevindim.ev islerinden danisma her gun eyni seyler......yene yaxsidir paltaryuyan masin var.deyirem bir dene de paltar utuleyen masinim olsaydi super olardi,inanirsan en nifret elediyim isdir paltar utulemek,onsuz da olmaz ne ise derslerde qurtarir tetil yaxinlasir bir azyeqin isler yungulleser,can sene butun islerinde uqurlar.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 10 May 18:5100

      Rena baci Allah seni guldursun:)))) Paltar utleyen mawini men coxdandi arzuluyuram.Yeqinki ne vaxtsa oda cixar.Bizimde canimiz qurtarar.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.