Cəmiyyət

Günün resepti: günəbaxan tumlu çörək - FOTO

7 May 2017 07:00
59 Şərh     Baxış: 9 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çörəyin bir çox növlərindən biri də müxtəlif toxum və tumlarla olan çörəklərdir. Bunlardan ən çox sevdiyim günəbaxan tumlu çörəkdir. Bu reseptlə səhər yeməyinə fərqli, yumşaq ev çörəyi hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

  • 2/3 stəkan ilıq süd (200 ml)
  • 1 xörək qaşığı bal
  • 1 çay qaşığı aktiv maya
  • 2 xörək qaşığı bitki yağı
  • 1 yumurta
  • 2 stəkan un
  • 1 çay qaşığı duz
  • 1/3 stəkan günəbaxan tumu

Bir qabda ilıq südü, bal və mayanı qarışdırıb 5 dəqiqə gözləyin maya şişsin.

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, yumurta və bitki yağını əlavə edib qarışdırın.

Duz və unu əlavə edib yumşaq xəmir yoğurun. Günəbaxan tumlarından bir qədər üzəri üçün saxlayıb qalanını xəmirə əlavə edib qarışdırın.

Xəmirin üzərini örtüb isti bir yerdə 2 saat mayalanmağa qoyun. Çörəyi bişirəcəyiniz qabı yağlayın. Xəmir gəldikdən sonra istədiyiniz formaya salıb qaba yerləşdirin, üzərini örtüb 30 dəqiqə saxlayın.

Daha sonra çörəyin üzərinə fırça ilə bir az yağ çəkib qalan günəbaxan tumlarını səpin.

200 dərəcəli sobada 30-35 dəqiqə bişirin.

Tam soyuduqdan sonra kəsib süfrəyə verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.