Cəmiyyət

Dibi ötmüş plovu necə xilas etmək olar?

4 May 2017 22:40
15 Şərh     Baxış: 6 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək bişirməyə yenicə başlayanda və ya yemək bişirəndə fikri başqa bir işdə olan hər bir qadın plovun dibinin ötməsinə səbəb olur. Bəs dibi ötmüş plovu necə xilas etmək olar?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dibi ötmüş və ya yanmış plovu zibilə atmaq əvəzinə çörəkdən istifadə edə bilərsiniz. Necə? Qaz üstündə unudulmuş plovun üzərinə bir dilim ağ çörək qoyun və qazanının qapağını bağlayın.
 
Çörəyi 2-3 dəqiqə saxladıqdan sonra qazandan çıxarın. Çörək plovda qalan yanıq qoxusunu dərhal özünə hopduracaq. Daha sonra yanıq düyüləri götürməməyə diqqət edərək, plovu başqa bir qazana boşaldın. Bununla da yenidən plov bişimək əvəzinə həmin plovu istifadə edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.