Cəmiyyət

Xəzər dənizində balıqların sayı azala bilər - PROBLEM - VİDEO

21 Aprel 2017 22:20
3 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində balıqların sayı azala bilər.

Milli.Az bildirir ki, səbəb isə Lənkəran çayınin dənizə tökülən hissəsində torların qurulmasıdır. Bu torlar balıqların kürütökmə prosesinə mane olur. Balıqların bəzi növləri kürü tökmək üçün şirin suya, yəni çaya tərəf üzəndə kütləvi şəkildə ovlanırlar.
Lənkəran çayının Xəzər dənizinə töküldüyü yerdə balıqlar kürü tökmək üçün dənizdən çaya doğru üzərkən tora düşürlər.

Balıq tutanlar dənizdə tor qurduqlarından balıq çaya tərəf üzə bilmir. Balıqların bəzi növləri şirin suda kürü tökdüyündən bu günlərdə onlar çaya doğru üzür, ancaq tor səbəbindən çaya daxil olmamış ovlanırlar.

Torlar əsasən suyun altı ilə çəkilsə də, bunu müəyyən etmək çətin deyil. Uzun illərin peşəkar balıqçısı olan Səxavət Həsənov deyir ki, yırtıcıların azlığı və suyunun daha təmiz olması səbəbindən balıqlar kürünü əsasən çaya buraxırlar. Kürüləmə dövründə balıqların kütləvi ovlanması isə gələcəkdə onların sayına təsirsiz ötüşməyəcək.
Məsələ ilə bağlı Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara sektorunun müdiri Xəlil Xəlilov bildirdi ki, çaylarda qurulan torlarla bağlı bu ilin yanvar ayından bu günə kimi 16 fakt aşkarlanıb və müvafiq cərimələr tətbiq olunub. Sözügedən ərazilərdə də yenidən yoxlamalar aparılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəzər dənizində balıqların sayı azala bilər - PROBLEM

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.