Cəmiyyət

Alan da narazı, satan da - "Kəndlə bazarın qiyməti eynidir" - VİDEO - FOTO

21 Aprel 2017 15:27
0 Şərh     Baxış: 1 732

Balakənin Qabaqçöl qəsəbəsində sakinlər dolanışıqlarını istixanalarda yetişdirilən tərəvəzlərin satışından götürdüyü gəlirlə təmin edirlər. Yazın ilk günlərindən etibarən bölgə, hətta ölkənin, demək olar ki, əksər bazarlarında satılan təzə xiyarın elə böyük hissəsi də məhz bu qəsəbədə yetişdirilir. Lakin bu il təsərrüfatçılar əvvəlki kimi məhsuldarlıq əldə edə bilməyiblər.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, məhsuldarlığın aşağı olması təbii olaraq qiymətlərə də təsirsiz ötüşməyib. Ötən ilin 50-80 qəpik aralığında alıcılara təklif olunan məhsulun qiyməti indi 1 manat -1 manat 50 qəpik aralığında dəyişir. Qiymətin baha olması satıcıların da işini çətinə salıb.

Rafiq Qarayev - Balakən sakini: "Mən bura gəlmişəm ki, alım, aparım satım. Kəndlə bazarın qiyməti eynidir. Şəxsən mənim üçün sərf etmir. Burda 1 manat 20 qəpikdir, orada da 1 manat 30 qəpik. Aldığımla, satdığım arasında heç nə qalmır".

Təsərrüfatçılar isə qiymət bahalığı olsa belə, mövcud vəziyyətdən razı deyillər.

Elçin Borayev - Balakən sakini: "Keçən il 70, 80 qəpik olub. Çünki keçən il məhsul çox idi".

Natiq Altunov - Balakən sakini: "Bizim məhsulun qiyməti ölür. O gün bazara çıxartdıq, 1 manata olan xiyar, 70-80 qəpiyə düşdü".

Bu gün bazarlarda yerli təsərrüfatçıların yetişdirdikləri tərəvəz məhsulları ilə yanaşı, xaricdən gətirilənlər də yetərincədir. Bu isə təbii ki, yerli məhsulların satış bazarına mənfi təsir göstərir. Digər tərəfdən, qəsəbədə yetişdirilən tərəvəz məhsulları illər öncə Gürcüstan və Rusiya bazarlarına çıxarılsa da, indi yalnız daxili bazarlarda satılır.

Hacı Osbanov - Təsərrüfatçı: "Əvvəllər Gürcülər gəlib alırdılar, indi gəlmirlər. Digər respublikalara sata bilmirik. Öz uşaqlarımız aparırlar. Çünki bazara çıxışımız yoxdur".

Mütəxəssislərin fikrincə, ölkədə tərəvəzçiliyin inkişafı daxili tələbatı tam ödədiyindən təsərrüfatçılar istehsal etdikləri məhsulları xarici bazarlara çıxarmaq şansı da qazanıblar. Xüsusilə də Şəki-Zaqatala zonası Rusiyaya meyvə-tərəvəz ixracı istiqamətində üstünlüyə malikdir. Qonşu Dövlətlərin bazarlarında bir brend sayılan bu sahənin inkişafı və ixracı qeyri-neft sektoru istiqamətində çox önəmli addım olar.

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Bölgələrdə bahalıq: Alan da narazı, satan da - "Kəndlə bazarın qiyməti eynidir"

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.