Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib - FOTO

19 Aprel 2017 21:45
Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakının 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri, eləcə də daun sindromlu uşaqlar bu dəfə asudə vaxtlarında sevimli "Smurfiki" animasiya filmini izləyiblər.

"CinemaPlus"da təşkil olunan nümayiş zamanı Leyla Əliyeva uşaqlarla görüşüb, onlarla birgə foto çəkdirib.

Filmi maraqla qarşılayan uşaqlara, həmçinin "Smurfiki" filminə aid müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.