Cəmiyyət

Mömin zahirinə diqqət etməlidir

20 Aprel 2017 22:40
7 Şərh     Baxış: 596

İnsan İlahi fitrəti əsasında daima gözəllik axtarışındadır. Bu gözəllik istər zahiri olsun, istər batini, istər düşüncə gözəlliyi olsun, istərsə də əxlaq - daima insanları özünə tərəf cəzb etmişdir.

Zahiri gözəllik elə bir nemətdir ki, başqaları insanı ilk onunla dəyərləndirirlər. Başqa tərəflərini öyrənmək üçün isə onunla ünsiyyət qurar və ictimai rabitə yaradarlar. Ona görə də hər bir insan üçün zahirinə diqqət etməsi mühüm amillərdən biri olmalıdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) nəql edir: "Bir gün müsəlmanlardan biri Peyğəmbərin (s) xidmətinə gəlir və saqqalını sarı rənglə rəngləmişdi. Həzrət (s) buyurdu: "Bu, nə qədər gözəldir". O, gedir və bir neçə gün sonra yenə gəlir, o halda ki, saqqalını xına rəngi ilə rəngləmişdi. Peyğəmbər (s) gülümsəyir və buyurur: "Bu rəng əvvəlki rəngdən daha yaxşıdır". O, gedir və bir müddət sonra yenə gəlir o halda ki, saqqalını qara rənglə rəngləmişdi. Peyğəmbər (s) gülür və buyurur: "Bu rəng, əvvəlki rəngdən və ondan əvvəlki rəngdən də gözəldir".
Bu hədis Peyğəmbərin (s) zahiri gözəlliyə əhəmiyyət verməsindən xəbər verir.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Bu gözəl paltarı insanlar və cəmiyyət üçün geyinirəm".
İnsan ictimai varlıqdır və kamala çatmaq üçün insanların arasında olması zəruridir. Ona görə də mömin gərək özünü insanların arasında, xüsusilə də dindarların arasında bəzəsin və zahirinə diqqət göstərsin. Bu yolla dini və dindarlığı başqalarının gözündə gözəl cilvələndirər. Əksinə, əgər dindar insan zahirinə diqqət etməzsə və üst-başı tökülən halda cəmiyyət içinə çıxarsa, bu zaman dinə qarşı olan nəzər necə olar?
İmam Əli (ə) buyurur: "Allah Cəmildir və camalı, gözəlliyi sevir. Həmçinin sevir ki, Öz nemətlərinin təsirini insanlarda müşahidə etsin".
Bu hədisdən də göründüyü kimi, İslam dini batini gözəlliyə diqqət etdiyi kimi, zahiri gözəlliyə də diqqət göstərir. Allah Onun halal nemətlərindən bəhrələnən bəndələrini sevir. Ona görə də hədis və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, dindar insan öz zahiri pakizəliyinə və gözəlliyinə diqqət etməlidir ki, İslam dinini başqaları üçün gözəl cilvələndirə bilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Muherrəm · 20 Aprel 23:2600

    GÖRƏSƏN MÖMİNLƏRİN BİR-BİRİNİN ÜZƏRİNDƏKİ HAQQLARI NƏDİR??? Muəlla ibn Xunəys nəql edir ki,İmam Sadiqə ə. dedim : --Möminin mömin üzərində nə haqqı var ? İmam ə.dedi: --7 vacib hüququ var ki,onların içərisində bir dənə də olsun ona vacib olmayanı yoxdur.Və əgər bu haqqlara xilaf(əks) çıxsa Allahın vəlayətindən (hakimiyyətindən) xaric olar,və onun itaətini (ona itaət etməyi) tərk edər,və o şəxsdə Allah üçün heç bir nəsib(bəhrə,xeyir) yoxdur(yəni,xeyirsiz insan olar) . Deyir,dedim : --Sənə fida(qurban) olum,mənə hədis elə görüm o haqqlar nədir? Dedi: --Ey Muəlla,vay olsun sənə ,mən sənə mehribanam,qorxuram ki,bu haqqları zay edəsən,və qoruya bilməyəsən,öyrənəsən,amma əməl etməyəsən.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 20 Aprel 23:2700

    Dedim: --Ləə quvvətə illəə billəəh(Allahdan başqa quvvə yoxdur,və ya qüvvət yalnız Allahdandır və ya Allahladır,Allahın köməyi ilədir). Dedi: --Bu haqqların ən asanı odur ki,nəyi sevirsənsə onunçün də sevəsən və nəyi xoşlamırsansa onunçün də xoşlamayasan, -İKİNCİ - haqq odur ki,onun hacətinin dalınca gedəsən(düşəsən) və onun razılığını əldə edəsən,və onun dediyi sözə müxalif (əks) olmayasan, -ÜÇÜNCÜ -haqq odur ki ,ona canınla,malınla,əlinlə,ayağınla və dilinlə kömək edəsən, -DÖRDÜNCÜ - haqq odur ki,onun gözü,dəlili,güzgüsü və köynəyi (libası) olasan(yəni.ona düz yol göstərəsən və sirrlərini saxlayasan), -BEŞİNCİ -haqq odur ki,sən qarnı tox olmayasan o qarnı ac olan zaman,və sən libas geyinmiş olmayasan o çıplaq olan zaman,və sən su içmiş olmayasan o susuz qalan zaman,

    Cavab yaz
  • Anonim
    Muherrəm · 20 Aprel 23:2700

    -ALTINCI- haqq odur ki,əgər sənin arvadın və xidmətçin varsa və mömin qardaşının nə arvadı və nə də xidmətçisi yoxdursa,o zaman xidmətçini göndərməlisən ki,onun paltarlarını yusun,yeməyini hazırlasın,yatağını salsın,çünki bunların hamısında onunla sənin aranda şəriklik var, -YEDDİNCİ- haqq odur ki,and içsə(və ya sənə and versə) andını qəbul edəsən,səni dəvət etsə qəbul edəsən,cənazəsində şahidlik edəsən,bədənini onun hacəti üçün işlədəsən,və gözləməyəsən ki,səndən hacəti üçün xahiş eləsin,o xahiş eləməmişdən qabaq hacətini yerinə yetir. Əgər belə etsən öz vəlayətini onun vəlayətinə və onun vəlayətini isə Allahın vəlayətinə birləşdirmiş olarsan.(qeyd:vəlayət hakimiyyət mənasına da gəlir,dostluq mənasında da gəlir). Şeyx Səduq,Xisal,c.2,səh.351

    Cavab yaz
  • Anonim
    Muherrəm · 20 Aprel 23:2900

    GÖRƏSƏN MÖMİNLƏRİN BİR-BİRİNİN ÜZƏRİNDƏKİ HAQQLARI NƏDİR???(2) --Möminin mömin üzərində 7 haqqı vardır ki,Allah tərəfindən ona vacib edilibdir,və bu haqqların yerinə yetirilməsi barədə Allah (hər an) soruşandır: -gərək öz gözündə onu böyük tutsun (məqamını aşağı tutmasın) -sinəsində(qəlbində) onu sevsin -malından ona da versin (ehtiyac halında ona əl tutsun və ya sadəcə hədiyyə olaraq öz malından ona versin və ya sədəqə versin ) -özü üçün sevdiyi şeyi onunçün də sevsin -onun ğeybətini etməyi (gizlində ondan gördüyü nöqsan haqqında başqa adamların yanında danışmağı) haram bilsin -xəstələndikdə (azarlandıqda) ona baş çəksin -cənazəsinin ardınca getsin (dəfnində iştirak eləsin) -ölümündən sonra onun barədə xeyirdən başqa bir çey danışmasın(ona rəhmət oxusun ,yaxşı əməllərindən danışsın,ruhuna quran oxusun) Şeyx Səduq,Xisal,c.2,səh.351

    Cavab yaz
  • Anonim
    MOMIN · 21 Aprel 08:4510

    Salam Muherrem qardasim necesen. gozel sozlerin ucun tesekkwrler

    Cavab yaz
  • Anonim
    MOMIN · 21 Aprel 09:0110

    REBBIMIZ QUARNI -KERIMDE = en gozel libasiniz geyin suslerinizi taxin namaza durun= deye emr edir. yeni en muselman en yxsi en temiz ve en debli geyimleri geymelidir. cunki bu ALLAHIN emridir farzdir. diger ayetde = ey ortuyune burunen qalx ve uyar elbiseni temizle=. temiz geyinmek farzdir. destamaz emr olunur qusul emr olunur. butun bunlari eden momin bilirler ki insan ne qeder temiz olur. bes REBBIMIZ temizliye niye bu qeder onem verir cwnki temizlik saqlamliqin esasidir. QURANI -KERIMDE ayetde= deyilir= iste dunya onlarin axiretse yalnizca onlarindir. demeli REBBIMIZ DUNYADAKI her seyi ona ibadet edenler ve iman edenler ucun yaradib. ona gorede en gozel geyimleri en gozel evleri en gozel masinlari muselmanlar surmelidir. amma hallalar cercivesinde.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 21 Aprel 12:0710

    Aleykum salam Mömin qardaşim.İnsəAllah yaxşıyıq Allah sizlərədə yaxsilig qismət etsin. Allah sizlərdən razı olsun. Allah qədəmlərinizi bu Haqq yolda möhkəm, ömrünüzü bərəkətli, axitətinizi xeyirli etsin insəAllah. Mutəsəkkirəm mömin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.