Cəmiyyət

Bu piyadalar cinayət məsuliyyətinə cəlb oluna bilərlər - VİDEO

17 Aprel 2017 22:28
1 Şərh     Baxış: 1 232

Hərəkətin tənzimlənmədiyi ərazidən yolu keçən piyada qəzaya səbəb olub.

Qəzadan sonra sürücülər məcburi sürətdə hadisə yerində dayansa da, buna səbəb olan piyada sürətlə aradan çıxıb.

Milli.Az bildirir ki, belə qəzaların yaranmasına piyadalar səbəb olsa da, hər zaman sürücülər məsuliyyətə cəlb edilir. Baxmayaraq ki, ziyan da ona dəyib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bunun doğru olmadığını, qanunvericiliyə görə belə qəzalarda hadisəyə səbəb olan piyadanın tapılaraq məsuliyyətə cəlb edilməli olduğunu deyir.

Ərşad Hüseynov bildirir ki, qəza zamanı həm piyada, həm də sürücünün səhvi olarsa, hər iki şəxs məsuliyyətə cəlb olunmalı və dəymiş ziyan ortaq ödənilməldir.

Ekspertin fikrincə, hər zaman sürücülərin günahkar hesab edilməsi piyada nizamsızlığına da səbəb olur. Piyadalar hər zaman haqlı olduqlarını düşünərək aşkar şəkildə qaydaları pozur, yolu necə gəldi keçirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, piyadaların məsuliyyətə cəlb edilməsi faktı az da olsa qeydə alınır. Sürücülər əsasən piyadaların səhvi ucbatından qəza törədirsə, dəymiş ziyanı məhkəmə üsulu ilə piyadadan tələb edirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəzaya səbəb olan piyadalar cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ramil · 18 Aprel 00:3300

    Bu avtobus suruculerinide agir ceza verinde.piyada kecidin duz qarwisinda saxliyirlar birden adam kecende bilmirik neyniyek sorada polis bize ceza kesir.yene avtowluq edirler avtobusnan neter geldi suruller.sohbet Sumqaytdan gedir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.