Cəmiyyət

"Yoldaşımdan gizli pul yığmağım günahdırmı?"

21 Mart 2017 15:25
6 Şərh     Baxış: 1 124

Bəzi hallar istisna olmaqla, qadının ərindən gizli onun pulunu xərcləməsi ailədə səmimiliyin və etibarın itməsinə gətirə bilər.
Əgər əri israfçıdırsa, qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə də bunu deməsi daha yaxşıdır.
Əri evdə olmadığı halda qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər, çünki o zəruri ehtiyacı ödəmək əslində kişinin borcudur. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Muaviyənin anası Hind Peyğəm­bərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əbu Sufyən (Hindin əridir) xəsis adamdır. Əgər mən onun malından gizlincə götür­səm, mənə günah sayılarmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Adətən, sənə bəs edəcək qədər özün də götür, oğlanların da (götürsünlər)!" (əl-Buxari, 2211).
Əri qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə, onda qadının icazə almasına ehtiyac yoxdur.
Milli.Az zikr.az-a istinadən bildirir ki, qadın ərinin izni olmadan öz şəxsi qazancını yığa və sədəqə verə bilər, lakin ərinin bunu bilməsi ailədə səmimiliyin qorunmasına səbəbdir.
Qadın dəqiq bilirsə ki, əri onun verdiyi sədəqəyə əri etiraz etməyəcək, ərinə demədən verə bilər, lakin desə daha yaxşıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425).
Əgər kişinin borcu varsa, bu borcu ödəmək üçün qadın ərindən xəbərsiz pul yığaraq axırda ona verə bilər. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Məidə, 2).
Qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyirsə və üstəlik, əri bundan narazıdırsa, bu halda qadın günah qazanır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Gün · 21 Mart 16:1710

    Bizdə də yoldaşım pul yığa bilmir mənə deyir hərdəfə mən işdən gələndə cibibmdən pulun yarısın götür amma mən bunun günah olduğunu düşünürdüm çox sağolun məlumatlandırdığınız üçün indi rahat pul götürüb yığa bilərəm

    Cavab yaz
    • Anonim
      Türkan · 21 Mart 16:4831

      Pul artiq qalir ki yigmaq da olsun?? Oki qaldı erin cibine girmeye Allaha and olsun 6 ildi aileliyem hele men yoldaşimin cibinden 5 qepik goturmemisem.yeni hec cibine girmemisem.

      Cavab yaz
  • Anonim
    Emi · 21 Mart 17:4630

    Ekser qadinlarin gizlinde az da olsa pullari olur,bu ogurluq deyil,qenaetle yigilan pullardir.Kisiler xesislik edende hemin pular komeye gelir.

    Cavab yaz
  • Anonim
    saida · 21 Mart 18:2120

    vallahi men yigiram. meselen,5manat verirse 2 manat xawliyiram ,3 qiraqa qoyuram

    Cavab yaz
  • Anonim
    Elya · 22 Mart 00:0100

    Bizde kisinin men saxlayiram 3 ildir kurt oturub evde .o menim cibime girir men onun yox. dil de Metre yarim .

    Cavab yaz
    • Anonim
      Elyaya · 23 Mart 15:4900

      Deyermi ele kiwiye dozmeye?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.