Cəmiyyət

Homoseksuallığı dini yolla sağaltmaq mümkündürmü?

21 Mart 2017 15:06
8 Şərh     Baxış: 1 159

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Əbu Dəvud: "Hudud", 17).  Amma yetkinlik yaşına çatandan sonra bu əməli etmək böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "...heyvan ilə cinsi yaxınlıq edənə Allah lənət etsin, Lut qövmünün əməlini (homoseksuallıq) edənə Allah lənət etsin!". (İmam Əhməd, 1878).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Günah əməllər etmək barədə fikirlərin gəlməsi şeytanın vəsvəsəsidir, vəsvəsədən isə yalnız Uca Allaha sığınmaqla və Onun buyurduğu qaydada qorunmaq olar. "Beyni silmək" kimi şeylər isə tibbdə yoxdur və yalandır. Sizi bu əmələ öyrədən isə əlbəttə ki, böyük günah qazanmış olur.

Milli.Az

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Tural · 21 Mart 17:0012

    Homoseksualizm Allahın Kəlamında bu haqda nə deyilir? HAL-HAZIRDA geylərin nikahı bir çox ölkələrdə mübahisəli bir məsələdir. 2015-ci ildə ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinsli nikahı qanuni elan etdi. Bundan sonra internetdə bu mövzuda axtarışların sayı sürətlə artdı. Ən çox axtarılan suallardan biri isə bu idi: «Geylərin nikahına dair Allahın Kəlamında nə deyilir?» Allahın Kəlamında eynicinsli insanların nikaha daxil olmaq hüququnun olub-olmaması ilə bağlı konkret heç nə açıqlanmır. Bəs ümumiyyətlə, orada homoseksualizmlə bağlı nə deyilir? Çoxları bu sualın cavabını bildiyini deyir. Amma Müqəddəs Kitabı dərindən araşdırmadıqları üçün onların cavabları bir-birindən fərqlənir. Bəziləri deyir ki, Müqəddəs Kitab homoseksualizmi qadağan edir; digərləri isə deyir ki, orada «başqasını özünü sevdiyin kimi sev» yazıldığı üçün Allah istənilən cinsi münasibətlərə icazə verir (Romalılara 13:9).

    Cavab yaz
  • Anonim
    Tural · 21 Mart 17:0011

    Yehovanın Şahidlərinin tutduğu mövqe Yehovanın Şahidləri inanırlar ki, ən gözəl əxlaq normaları Müqəddəs Kitabdadır. Buna görə də onlar orada yazılanlara uyğun yaşayırlar (Əşiya 48:17)[2]. Bu o deməkdir ki, Yehovanın Şahidləri, homoseksualizm də daxil olmaqla, istənilən qeyri-təbii cinsi münasibətdən uzaq dururlar (1 Korinflilərə 6:18)[3]. Bu, Yehovanın Şahidlərinin tutduğu mövqedir və onların buna tamamilə ixtiyarı çatır. Yehovanın Şahidləri çalışırlar ki, özlərinə qarşı gözlədikləri münasibəti başqalarına göstərsinlər Bununla belə, Yehovanın Şahidləri «hamıyla sülhdə olmağa» çalışırlar (İbranilərə 12:14). Onlar homoseksualizmdən uzaq dursalar da, öz fikirlərini başqalarına yeritmirlər, homoseksuallara qarşı cinayətdə iştirak etmir, hətta belə şeylərə görə sevinmirlər. Yehovanın Şahidləri çalışırlar ki, özlərinə qarşı gözlədikləri münasibəti başqalarına göstərsinlər (Mətta 7:12).

    Cavab yaz
  • Anonim
    Tural · 21 Mart 17:0211

    Müqəddəs Kitabın mövqeyi sərtdir? Homoseksuallığa meyli olan insanlar haqda nə demək olar? Onlar bu cür doğulublar? Əgər belədirsə, onda bu istəklərinin səhv olduğunu demək onlara qarşı qəddarlıq olmazdı? Müqəddəs Kitabda homoseksualizmin yaranma səbəbi haqda heç nə yazılmasa da, bəzi xüsusiyyətlərin insanda dərin kök saldığı deyilir. Orada yazılıb ki, Allahı razı salmaq istəyiriksə, homoseksual davranışlar da daxil olmaqla, müəyyən davranış tərzlərindən uzaq durmalıyıq (2 Korinflilərə 10:4, 5). Kimsə düşünə bilər ki, Müqəddəs Kitab bu mövzu ilə bağlı sərt mövqe tutur. Belə insanların fikrincə, insan öz istəklərinə uyğun hərəkət etməlidir. Onlar düşünürlər ki, cinsi istəklər çox vacib olduğuna görə onlara nəzarət etmək olmaz və bu, heç mümkün də deyil. Amma Müqəddəs Kitab hər bir kəsi nalayiq cinsi arzularını boğa biləcəyinə əmin edərək insan ləyaqətini ucaldır. Heyvanlardan fərqli olaraq, insan öz istəklərinin ağası ola bilər (Koloslulara 3:5)[5]. Belə bir nümunənin üzərində düşünün. Mütəxəssislərin

    Cavab yaz
  • Anonim
    Tural · 21 Mart 17:0311

    ARDI ]fikrincə, bəzi xüsusiyyətlər, məsələn, qəzəb insanın genində ola bilər. Müqəddəs Kitabda bu haqda heç nə deyilməsə də, bəzilərinin «hirsli», «özündən tez çıxan» olduğu deyilir (Məsəllər 22:24; 29:22). Bununla belə, Müqəddəs Kitab insanlara: «Qəzəbi burax, hiddətdən çəkin», — deyə məsləhət görür (Zəbur 37:8; Efeslilərə 4:31). Yəqin heç kim bu məsləhətin yersiz, ya da qəzəbli insanlara qarşı qəddarlıq olduğunu deməz. Qəzəbin insanın genetikasından qaynaqlandığını deyən mütəxəssislər belə, insanlara bununla mübarizə aparmağa kömək etmək üçün əllərindən gələni edirlər. Yehovanın Şahidləri də Müqəddəs Kitabdakı qayda-qanunlara zidd gedən istənilən davranışa qarşı bu cür mövqe tuturlar. Bura nikahda olmayan qadınla kişi arasındakı cinsi münasibət də daxildir. Belə hallarda Müqəddəs Kitabın bu məsləhətinə əməl etmək lazımdır: «Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın,.. acgöz şəhvətin əsiri olmasın» (1 Salonikililərə 4:4, 5).

    Cavab yaz
  • Anonim
    Günel · 21 Mart 17:4850

    Bəşər aləmində ən üstün və ən mundar insana məxsusdur. Çunku heç bir heyvan öz həm cinsi ilə əlaqədə olmur. Hitlerin sozu olmamış,insanları tanıdıqca heyvanlara hörmətim artır

    Cavab yaz
    • Anonim
      Tural · 22 Mart 01:3410

      Salam gunel xanım bilmək olar mənim səhvlərimi nəyə beyenmediz

      Cavab yaz
  • Anonim
    Günel · 21 Mart 17:5860

    QURANDA Bir qadinnan bir kişinin arxadan əlaqəsi qadagan olunubsa,bir kişi ilə öz həmcinsinin yaxinligi məntiqə uymayacaq dərəcədə qadagan olunub lənətlənməlidir.Allah səni kişi yaratmışdır əgər məsləhət bilsəydi səni kişiliyin paspotu olmadan yaradardi və hamida başa düşərdiki bu insanı Allah belə yaradib şərəf və ləyageti alçalmazdi

    Cavab yaz
  • Anonim
    MOMIN · 22 Mart 10:3800

    QURANI- KERIMDE Lut suresinde ayetde deyilir= sizden evvelkilerin yapmadiqi cirkin heyasizliqi sizmi yapacaqsiniz= QURANIN dil wslubuna FIKIR VERENDE GORWRWK KI bezi emeller haramdir deyilir amma homoseksualliq ve fahiselik cirkin heyasizliq adlanir. ve bir basa REBBIMIZ terefinden lenetlenir. cezasi da hele bu dwnyada iken verilir nece ayetde deyilir = biz onlarin basina bismis palciqdan daslar yaqdirdiq her bir dasin wzerinde onlarin adi var idi= bu gwnde alimler lut golwnwn hansiki hal hazirda israilde yerlesir teqdiqat zamani hemin yerde boywk nuve partlayisi kimi vulkanik bir partlayisin olduqunu tesdiq edirler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.