Cəmiyyət

Tovuzda avtomobil aşıb

21 Mart 2017 14:14
0 Şərh     Baxış: 408

Tovuzda avtomobil aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
 
Rayonun Dönük Qırıqlı kənd sakini, 1989-cu il təvəllüdlü Firdovsi Əliyev "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və evə buraxılıb.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.