Cəmiyyət

Ən təhlükəli qan qrupu

21 Mart 2017 14:10
1 Şərh     Baxış: 4 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Vermont Universiteti nəzdində tibb kollecinin alimləri 30 mindən çox insanın səhhəti üzərində apardıqları müşahidəyə yekun vurublar. Üç ildən çox davam edən bu tədqiqatın nəticələri qan qrupu ilə müəyyən xəstəliklər arasında bağlılığı göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin apardığı müşahidələr zamanı 495 adamda koqnitiv pozulmanın əlamətləri görünməyə başlayıb.

Tədqiqatın müəllifləri deyiblər: "Təhlillər göstərib ki, birinci qan qrupundan olan insanlarda yaddaş və demensiya problemlərini doğura bilən ürək-damar xəstəliklərinin yaranma riski aşağıdır". Dördüncü qan qrupundan olan adamlarda, əksinə, demensiya riski yüksəkdir. Bu qan qrupundan olan insanların 82 faizi yaddaş və təfəkkür probleminə meyillidirlər. Dördüncü qan qrupundan olanlarda qanın laxtalanmasını sürətləndirən zülal çoxdur. Həkimlərin dilində bu, VIII qan laxtalanma faktorunun yüksəlməsidir. Bu halda qanda tromb yaranır, damarlarda qanın hərəkəti pisləşir. Qan dövranının pozulması həm də koqnitiv və intellekt pozulmasının yaranması ilə sıx bağlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.