Cəmiyyət

Şəkər sağlamlığa ziyandır

21 Mart 2017 10:10
2 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər bildiriblər ki, şəkərdən imtina etmək sağlamlıq durumunu yaxşılaşdırır. Onlar 100-dən çox könüllünün iştirakı ilə tədqiqat aparıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə tədqiqat iştirakçıları tibbi müayinədən keçiblər. Sonra istənilən formada şəkər 9 gün ərzində onların rasionundan çıxarılıb.

Təcrübə başa çatandan sonra alimlər könüllüləri yenidən müayinə ediblər. Məlum olub ki, eksperiment iştirakçılarının təzyiqi sabitləşib, insulin və xolesterini azalıb.

Tədqiqatın nəticələrinə əsaslanan tədqiqatçılar sağlamlıq durumunu düzəltmək üçün şəkərin vaxtaşırı rasiondan çıxarılmasını məsləhət görüblər.

Şəkərdən asılılığı isə düzgün qidalanmaqla, daha çox zülal və sellüloz tərkibli qidalar yeməklə azaltmaq mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.