Cəmiyyət

Həftədə 30 dəqiqə pilləkənlə qalxmaq...

21 Mart 2017 09:10
1 Şərh     Baxış: 2 322

Alimlər oturaq həyat tərzi sürən 30 qadının iştirakı ilə tədqiqat aparıblar və aşkar ediblər ki, həftədə 30 dəqiqə pilləkənlə qalxmaq ürək xəstəliyinin qarşısını alır. Ekspertlər bu cür hərəkəti nəinki böyüklərə, həm də uşaqlara, habelə ürəktutması hallarının baş verməsinə meyilli adamlara da məsləhət görürlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqata cəlb edilən könüllülər iki qrupa ayrılıb. Onlardan bir qrupu 10 dəqiqə pilləkənlə qalxıb, ikinci qrup isə həmin müddətdə idman zalında velotrenajorda məşğul olub. İştirakçılar bunu altı həftə ərzində hər gün ediblər. İkinci testdə qadınlar nəinki pilləkənlə qalxıb, həm də əşyalar qaldırıblar. Nəticələr göstərib ki, birinci qrupun iştirakçılarında sağlamlıq xeyli yaxşılaşıb, xüsusilə ürək-damar sistemi möhkəmlənib.

Alimlər hesab edirlər ki, pilləkən sprinter məşqinin praktiki formasıdır. Bu cür məşqlər fitnes həvəskarları arasında populyardır. Amerika İdman Təbabəti Akademiyasının məlumatına görə, ənənəvi hərəkətlərdən fərqli olaraq bu məşqlər daha çox kalori "yandırır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    xeste · 21 Mart 10:4610

    25 ildir bewinci mertebeye liftsiz cixib, duwurem. Amma ne cekim azalir ,ne saglamligim yerindedi. Eksine , ureyim xestelik tapib. Hamiya cansagligi arzulayiram .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.