Cəmiyyət

Elə bir xəstəlik yoxdur ki...

21 Mart 2017 14:45
0 Şərh     Baxış: 2 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarımsaq soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növüdür. Kəskin yandırıcı dadı və özünəməxsus iyi olan bu bitkidən çox qədim zamanlardan bəri Şərq təbabətində bir sıra xəstəliklərə qarşı dərman vasitəsi kimi istifadə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sarımsağın faydaları və xəstəliklərə qarşı istifadə qaydaları haqqında Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, tibb elmləri namizədi Sərxan Tağıyev danışıb.

S.Tağıyev deyib: "Mən deyərdim ki, sarımsaq bütün tərəvəzlərin şahıdır. Elə bir xəstəlik yoxdur ki, orada sarımsaq özünün müalicəvi təsirini göstərməsin. Misal üçün bu bitki aterosklerozun inkişafının, qaraciyərin piylənməsinin qarşısını alır, xolesterin mübadiləsini gücləndirir, fitonsid effekti göstərir. Bundan əlavə dəri, ürək, ginekoloji xəstəliklərdə də sarımsaq çox gözəl effekt verir. Burada əlbəttə ki, bəzi xəstəliklər istisna edilir, misal üçün mədə yarası. Sarımsaq əsasən qurd xəstəliyi zamanı qurdlara qarşı göstərdiyi öldürücü təsirə görə bütöv udulur. Dəri xəstəlikləri dedikdə ekzema və ya yanıqları misal çəkmək olar. Belə hallarda ilıq (50-60 dərəcə temperaturda) bitki yağına əzilmiş sarımsaq əlavə olunub, bir müddət gözlətdikdən sonra problemli nahiyəyə çəkilir. Sarımsaqdan hazırlanan preparatlar damarları içdən təmizləyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.