Cəmiyyət

Bənövşə, bəndə düşə…

21 Mart 2017 09:15
0 Şərh     Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazın nəfəsi duyulan kimi göy bənövşə çiçəkləri qarın altından baş qaldırır. Bənövşəyi rəngli çiçəkləri, ürək formasında yaşıl yarpaqları var. Rütubətli, lakin günəş dəyən yerləri xoşlayır, daha çox kol dibində bitir. Bənövşənin göy və bənövşəyi çiçəkli növlərindən başqa sarı, ağ, çəhrayı ləçəkli növləri də var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bənövşəyə spesifik xoş ətir verən maddə efir yağlarıdır. Həmin maddələrin sayəsində bitki əsəbsakitləşdirici və yuxugətirici təsir göstərir, stressin orqanizmə təsir gücünü zəiflədir. Soyuqdəymə, qrip, zökəm zamanı qızdırmanı salır, bədəndəki ağrıları və baş ağrılarını aradan qaldırır. Antibakterial və bəlğəmgətirici təsirləri bənövşə otunu bronxitlər, astma, quru və bəlğəmli öskürəklərdə faydalı edir. Həmin xəstəliklərdə daha çox otun ballı suda dəmləməsindən istifadə olunur. Bənövşə otunun sidikqovucu təsiri elmə məlumdur.

Dəri yaraları, ekzemalar və çibanın müalicəsində təsirli olduğuna görə ona xalq arasında dəriotu da deyilir. Saçları tökülənlər və baş dərisində kəpəklənmə problemi olanlar bənövşə otunu həm içə, həm də dəmləməsi ilə saçlarını yaxalaya bilərlər. Hər yumada təkrarlayanda saçlar canlanır, parlaqlığı artır və daha tez uzanır.

Xalq təbibləri bənövşəni ən çox göyöskürəkdə boğulma tutmalarını azaltmaq üçün istifadə edirlər. 2 xörək qaşığı bənövşə otu 3 stəkan qaynar suda dəmlənir, alınan dəmləmə 3 hissəyə bölünərək gün ərzində içilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.