Cəmiyyət

Azərbaycanda avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü - TRAGİKOMİK HADİSƏ - VİDEO

20 Mart 2017 22:24
5 Şərh     Baxış: 3 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minik avtomobili hərəkətsiz dayanan yerdə radara düşdü. Qeyri-adi hadisə Şamaxıda baş verib. Rayon sakini Ağasalam Nəhmətov 3 gün öncə idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq evə gedib. Elə həmin vaxt da maşın radara düşüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağasalam Nəhmətov hansı səbəbdən cərimələndiyini öyrənmək məqsədi ilə polisə müraciət edib. Ona bildirilib ki, sürət həddini aşdığı üçün radara düşüb.

İşin qəribə tərəfi odur ki, minik avtomobili həmin vaxt hərəkətsiz olub. Bu, protokoldakı şəkildən də açıq-aydın görünür. Şəkil çəkilən vaxt avtomobilin yanında olan adam da kadra düşüb.

Ekspertlər bildirirlər ki, Ağasalam Nəhmətov məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bu halda fakt araşdırılacaq və həqiqətən də sürücü haqlıdırsa, protokol ləğv ediləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda avtomobil hərəkətsiz dayanan yerdə radara düşdü - TRAGİKOMİK HADİSƏ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.