Cəmiyyət

Qardabanidə və Bolnisidə Novruz bayramına həsr olunan şənliklər keçirilib - FOTO

20 Mart 2017 21:29
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində Novruz bayramına həsr olunan möhtəşəm şənlik tədbiri keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bayram şənliyində Qardabanidən Gürcüstan parlamentinə seçilən azərbaycanlı majoritar deputat Savalan Mirzəyev, rayon İcra başçısı Qoça Camalauri çıxış edərək gürcü və azərbaycanlı içtimaiyyət nümayəndələrini Novruz bayramının gəlişi münasibətilə təbrik ediblər.

Novruz bayramına həsr edilən şənlik rayon mərkəzindən bayram yürüşü ilə başlayıb. Şənlikdə bayram tonqalı alovlandırılıb və cıdır yarışı təşkil edilib. Şəhərin mərkəzində qurulan Novruz atributlarından ibarət güşələr, milli şirniyyatlarla bəzədilmiş süfrələr , Bahar qızının və keçəlin oyunları qonaqların və sakinlərin böyük marağına səbəb olub. Qardabanidəki istedadlı uşaqların şən rəqsləri, ifa etdikləri mahnılar, şeirlər bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.  Günün ikinci yarısında Novruz şənliyi konsert proqramı ilə davam etdirilib.
 
Bolnisinin Kəpənəkçi kəndində keçirilən bayram tədbirində isə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, rayon icra hakimiyyəti başçısı David Şerezadişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov və başqaları çıxış ediblər.
 
Qeyd edək ki, sabah Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və digər hökumət nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneulidə təşkil olunan Novruz bayramı şənliklərində iştirak edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.