Cəmiyyət

Ekstrasens Zirəddin: "Özünüzü biabır etməyin" – VİDEO

18 Mart 2017 23:21
58 Şərh     Baxış: 12 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vətəndaş olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev ("ekstrasens Zirəddin" kimi tanınır) Azərbaycan mətbuatında onun barəsində dərc edilən xəbərlərdən qəzəblənərək Life.ru kanalı üzərindən videomüraciət yayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Zirəddin Rzayev Rusiya vətəndaşı olduğu halda Azərbaycan mətbuatının ondan əl çəkmədiyini bildirir.

"Məndən nə istəyirsiniz?" deyə jurnalistlərdən soruşur.

"Siz hamınız Azərbaycanda mənim barəmdə yazmısınız ki, satanistəm, alkaşam, narkomanam, agentəm. İndi də yazmağa heç nə qalmayıb, bütün sərhədləri keçib mənə çirkab atırsınız. Bu, artıq işləmir. Özünüzü biabır etməyin. Mən Rusiya vətəndaşıyam. Rusiyada yaşayıram. Məndən nə istəyirsiniz? Mən sizə nə pislik etmişəm? Niyə Azərbaycan vətəndaşlarından yazmırsınız, məndən yazırsınız? Mənim populyarlığım hesabına pul qazanmaq, piar qurmaq istəyirsiniz. Kim sizə sifariş edib ki, barəmdə çirkin məqalələr yazasınız?" - Zirəddin Rzayev soruşur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.