Cəmiyyət

Bayram süfrəsi neçəyə başa gəlir? – QİYMƏTLƏR - VİDEO

18 Mart 2017 20:44
27 Şərh     Baxış: 2 787

Şəkərburasından-paxlavasına, aşından-dolmasına, meyvəsindən ləbləbisinə...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bayram günü hamı masasında beləcə bolluq, bərəkət görmək istəyir.
Təbii ki, Novruzun əvəzedilməz atributu şəkərbura və paxlavadır. 4 nəfərlik ailənin bayram süfrəsi üçün bu şirniyyatları hazırlamağa təxminən 1 kiloqram qoz və bir o qdərə fındıq ləpəsi, 500 qram yağ, 1 kiloqram şəkər tozu, 1 kiloqram un, müxtəlif ədviyyatlar və 10 yumurta lazımdır ki, bunlara da minimum 44 manat xərcləmək lazımdır.
Bayramların şah yeməyi olan plov üçün isə düyü, aşqarası üçün ət, yağ, şabalıd və meyvə quruları lazım olur.
Bir sözlə, plov üçün 1 kiloqram düyü, 1 kq. ət, 300 qr. yağ, hərəsindən 300 qram olmaqla ərik, şabalıd və kişmiş lazımdır və bunların da alınmasına 26-28 manat xərclənir.
Süfrədə plovla yanaşı, yarpaq dolması olduğunu da hesablayaq.
1 kq. qoyun əti 8 manat, yarpaq - 2 manat, 2 stəkan düyü-50 qəpik, 1 dəstə keşniş, şüyüd və nanə - 60 qəpikdir. Dolma da 11 manat 10 qəpiyə başa gəlir.
Süfrə əlbəttə meyvəsiz olmaz.
Hər meyvədən yarım kilo aldığımızı hesablasaq: alma - 1 manat 50 qəpik, armud- 2 manat, mandarin- 2 manat, portağal - 1 manat 25 qəpik, banan 1 manat 50 qəpik. Ümumilikdə, 4 nəfərlik ailənin meyvə almağa minimum 8 manat 25 qəpik pulu çıxır.
Sadaladıqlarımızın toplam dəyəri 91 manat 65 qəpik edir. Yəni 4 nəfərlik ailə 1 günlük bayram süfrəsi üçün minimum bu məbləği xərcləməlidir.
Nə qədər xərcləməyinizdən asılı olmayaraq, Allah süfrənizə bərəkət versin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bayram süfrəsi neçəyə başa gəlir?

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Caresiz · 18 Mart 20:4860

    Siz Allah besdirin ele qozun 1 kq 28 30 manat arasi deyiwir.qoyun eti harda 8 manatdi? Quzu etinu 14 manata almiwam.hardado bele awaqi qiymete ordan alaq bizde

    Cavab yaz
  • Anonim
    000 · 18 Mart 20:5740

    Bele getse heckeste kecirmeyecek bayram.

    Cavab yaz
  • Anonim
    Musa · 18 Mart 20:5870

    bunu hesablayan 2007 -ci ilin qiməti ilə hesablayıb .ay yazıq 10 il keçib üstündən ,8 manata heç at əti satılmır ,o ki,qaldı quzu ətinə

    Cavab yaz
  • Anonim
    000 · 18 Mart 20:5920

    Biri men catira bilmirem cox bahaciligdi

    Cavab yaz
  • Anonim
    cefer · 18 Mart 21:0050

    Bes qapiya atilan papaglari nece dolduraq?

    Cavab yaz
  • Anonim
    .svoyski. · 18 Mart 21:0313

    Besdirin yalan danisdiz bu gun findik lepesin 15 manat verdim 1 kq sabalid 17 manata aldim quzu etin 28 manat verdim kismis qaysi sud yumurta kakos malaki pesuk darcin edviyat hamsi 49 manat etdi 1 araq 3 sok 1 sire 19 manat etdi 3 kq alma 2 kq yerkoku 2 kq banan 1 kq kivi 41 manat etdi ailede 4 neferik bazar od tutub yanir.

    Cavab yaz
  • Anonim
    Elxan · 18 Mart 21:0526

    Siz nə danışırsınız,91 azn olduqca çoxdur.4 nəfərlik ailənin bayram süfrəsi "potolok" 19 manata başa gələr.91 manata bütün toyu yola vermək mümkündü.

    Cavab yaz
  • Anonim
    MS · 18 Mart 21:1325

    Nə bayram..Bəzəməsəz olmaz süfrənizi?Ramazan bayramı bir de Qurban bayramı var mənim üçün...Novruz bayramı var deyə mən bazarlıq etmirəm...Şirniyyat tez tez bişirilir fındıq qoz bizim özümüzün var Allaha şükür....

    Cavab yaz
    • Anonim
      asi · 18 Mart 21:2910

      Hərənin öz seçimi var.Siz qeyd etmirsiz deyə bizə nə dəxli??

      Cavab yaz
  • Anonim
    asi · 18 Mart 21:2100

    Yalana baxee..500 qram yağla hansı şirniyyatlar hazırlanır??500 qr yağ uzaq başı qoğalı yağlamağa çatar.Bəs xəmirlərin tərkibinə, paxlavaya gedən yağlar???1 kq ət üçünsə 2 st düyü çoxdu..

    Cavab yaz
  • Anonim
    Irade · 18 Mart 21:2120

    Yalandi en kasib sufreye hec 200 manatda bes elemir

    Cavab yaz
  • Anonim
    MS · 18 Mart 21:5100

    200 manat aylıq maaşım deyil

    Cavab yaz
    • Anonim
      sevilya · 18 Mart 22:0100

      91 manata basa gelse ne variydi?coox cetindi bu il bayram kecirmek qiymetler od tutub yanir.bu il biz qogali zadi bisirmedik ailemiz alti neferdi

      Cavab yaz
    • Anonim
      sevilya · 18 Mart 22:0420

      Evvelki vaxt deyilki her seyi artiqlamasinnan edek.insallah gelen il bayrama her sey duzeler qiymetler duser.Allah hamiya ruzi bereket qismet yetirsin hami sufre aca bilsin

      Cavab yaz
  • Anonim
    MS · 18 Mart 21:5100

    150 manatdı

    Cavab yaz
  • Anonim
    MS · 18 Mart 21:5141

    Müsalmanlarda novruz bayramı yoxdu...

    Cavab yaz
  • Anonim
    Sabah · 18 Mart 22:2500

    Semeni qaldiiiiii......Bes yer-yemish....???Badam,qara kishmish....Pustenin kq-i 29-30 manatdir.Siz bir de hesablayin,amma Azerbaycanda en yuksek maashi demek shertiyle...

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 Mart 22:3040

    Hardasa 500-600 belkede cox basa gelir, dana etin bu gun 12 manata aldiq,bunun sirniyyatdan basqa sufresi var as, dolma, toyuq, salatlar, mer-meyve, soklar, qoz, findiq, leblebi,plyus sirniyyatlar, semeni goyercinli-ya goyercinsiz,baliq, xiyar-pomidor, hele saysam cox olacaq.

    Cavab yaz
  • Anonim
    Nnn · 18 Mart 23:0210

    bunu yazan deyen yuxulu olub.biz hecne ala bilmedik.nece olur 91manata basa gelir?adam markete girir her seye baxa baxa qalir.gerek 400-500le giresenki nese alasan.

    Cavab yaz
  • Anonim
    Baku · 18 Mart 23:0310

    Bahaliq dehwetdii..istediyimiz kimi kecire bilmirik.ne qeder qirsmaq olar???

    Cavab yaz
  • Anonim
    Meri · 18 Mart 23:3600

    Bir guncun bu geder pul xerclemekdense az az alib yemek yaxsidi hele hecne almamisiq duzu

    Cavab yaz
  • Anonim
    il · 18 Mart 23:5010

    Hec bir bayram kecirmirik..8 manata etin yerini deyin gedek bir kl bizde alax. Giymetler ele goyden gedirki ele bil son Novruz bayrami kecirirler,bir dahada olmayacax bayram. Elime gireve dushub gazanim ey,dunyanin sonu gelir sanki.Adam artix her sheyden iyrenir.Omrumde bele nifret dolu bayram kecirmemishdim.

    Cavab yaz
  • Anonim
    · 19 Mart 00:1800

    Duzgun hesablanma getmedi.Meyve qurusu tek plov ucun deyil xoncaya qoymag ucunde lazimdi hemcinin cerezler.Bunlari nezere almadiglarina gore 91 manata bawa gelib.

    Cavab yaz
  • Anonim
    Fani · 19 Mart 00:2410

    92 manat verim gedib bize de bazarliq edin bizahmet. Ele orda ne yazmisiniz onlari alin. 1 manat da size qalsin. Yox yox 1 az oldu 5 manat vererem lijbi 91 manata al bunlari görüm nece alirsan. Camaati besdirin doladiniz. En babat maaş alan adam 400 manat alir. Onun da 300 ün bu bayrama xerclese gör az maaş alanlar ne edecey

    Cavab yaz
  • Anonim
    Fani · 19 Mart 00:2630

    Hami isteyir de bayram keçirsin. Geldikçe veziyyet ele olur ki, sanki bayram ancaq imkanlikara aid mevhumdu. Kasib ancaq tv- de bacacaq bayramlara.

    Cavab yaz
  • Anonim
    Samir · 19 Mart 23:0500

    Keçmişde bele xeberleri ancaq AzTv de eşiderdik.

    Cavab yaz
  • Anonim
    ant · 20 Mart 15:1700

    Bazara gedin, real qiymətləri görün, sonra yazın...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.