Cəmiyyət

2 həftəyə kirpikləri inanılmaz uzadan maska

19 Mart 2017 19:25
3 Şərh     Baxış: 8 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəlliyimizin ən mühüm göstəricilərindən biri də uzun kirpiklərdir.

Lazım olanlar:

2 xörək qaşığı gənəgərçək yağı

2 xörək qaşığı Əzvay geli  ( Əgər bu gel evinizdə yoxdursa, Əzvay geli  bitkisindən də bu geli əldə edə bilərsiniz)
Qarışdırmaq üçün vasitə

Bitmiş maskara qabı və ya başqa bir kiçik qab
Pambıqlı çubuq

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, gənəgərçək yağı tərkibindəki yağ turşuları və E vitamin ilə kirpiklərinizin sürətlə böyüməsinə yol açar. Əzvay geli isə onların tökülməsinin qarşısını alar və gücləndirər. Bu qarışığı hər gün tətbiq etsəniz, 2-4 həftə içərisində nəticənin göz qabağında olduğunu görəcəksiniz.

Hazırlanması:

Əzvay geli və gənəgərçək yağını qarışdırın. İstifadə etmədiyiniz boş maskara şüşəsinə və yaxud da kiçik bir qaba qoyun. Hər gecə yatmazdan öncə kirpik diblərinə pambıqlı çubuğun köməyi ilə tətbiq edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.