Cəmiyyət

Zehni gücləndirmək üçün nə etmək lazımdır?

18 Mart 2017 20:25
6 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zehni gücləndirmək üçün bəzi səbəblər:
1. Günahlardan çəkinmək. Kiçik yaşlarında Quranı əzbərləmiş, yüz minlərlə hədisi isnadları ilə əzbər bilən böyük islam alimi İmam Şafii (Allah ona rəhmət etsin) öz müəlliminin ona hifzlə bağlı nəsihətini şeirlə belə ifadə etmişdir:
"Şikayət etdim Vəkiyə hifzimin zəyifliyindən,
tövsiyəsi bu oldu: "Əl çək asiliyindən".
Sonra bəyan eylədi: "Elm deyərlər nura,
Bil ki, Allahın nuru verilməz asi qula". (əl-Xatib əl-Bağdədi: "Cəmiu-l-Əxlaq" kitabı, 5/57; əl-Beyhəqi: "əş-Şuab" əsəri, 2/272).
2. Uca Allahı çox zikr etmək. "Subhəənəllaah", "Əlhəmdulilləəh", "Allahu Əkbər" demək. Uca Allah buyurur: "...Unutduğun zaman Rəbbini yada sal...". (əl-Kəhf, 24).
3. Quran əzbərləmək.  Çünki Quran əzbərləmək zehni iti edir.
4. Az yemək. Milli.Az zikr.az-a istinadən bildirir ki, çox yemək insanı çox yatmağa və tənbəlliyə aparır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (əs-Suyuti: "Fəthul-Kəbir", 1/58).
5. Bal və kişmiş yemək. Səhərlər acqarına bal yeməyin, həmçinin kişmişin yaddaş üçün faydalı olduğu sübut olunmuşdur.
6. Başdan qan aldırmaq (hicamə). İbn əl-Qeyyimin (Allah ona rəhmət etsin) "Tibb ən-Nəbəvi" kitabında bunun faydası haqqında daha ətraflı məlumat verilmişdir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.