Cəmiyyət

"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?

18 Mart 2017 23:55
52 Şərh     Baxış: 4 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəərakəllah" - Allah mübarək, xeyirli-bə­rəkətli etsin deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni dualarında tez-tez istifadə edərdi.
"Təqva" - Allah qorxusu ilə günahlardan qorunmaq deməkdir. Mütttəqi də təqva üzrə yaşayan möminə, təqvalı müsəlmana deyilir: "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (əl-Qamər, 54-55).
Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə, 4-7-44; Məryəm, 85).
"Uca Allah insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir". (əl-Hucurat, 13).
Milli.Az zikr.az-a istinadən bildirir ki, təqvanın yeri qəlbdir. Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, peyğəmbərimiz üç dəfə (sinəsinə (yəni, qəlbinə) işarə edərək belə demişdir: "ət-Təqva həə hunəə" (Təqva buradadır)...". (Muslim, 2564).
Alimləri təqvanı üç mərtəbəyə bölüblər. Bunlar aşağıdakılardır:
Xeyirxah, əməli-saleh işlərdə çalışaraq, yarışaraq öndə gedənlər.
Xeyir əməllərdə çalışmadan, yarışmadan sadəcə vaciblər əməlləri yerinə yetirməklə haramlardan, günahlardan çəkinərək kifayətlənənlər.
Allahı şərik qoşmayan, lakin günahlar edərək özlərinə zülm edənlər.
Bunun dəlili aşağıdakı ayədir: "...Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Böyük lütf də budur". (Fatir, 32).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.